Icma.az
close
up
RU
İcra başçıları niyə eyni cinayətdən həbs olunur? EKSPERT İZAH EDİR

İcra başçıları niyə eyni cinayətdən həbs olunur? EKSPERT İZAH EDİR

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bu sistem özünü doğrultmur, Azərbaycanda idarəetmə dəyişməlidir

“Bütün hallarda inzibati ərazi islahatlarına ciddi ehtiyac olduğu qənaətindəyəm. Dünyanın heç bir ölkəsində kiçik ərazi vahidləri ilə dövlət idarə olunmur”

Dövlət Təhlükəsizliyi Xidməti Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin saxlanılmasını əks etdirən videogörüntülər yayıb. Təqdim olunan kadrlarda keçmiş başçının iş adamlarından, sahibkarlardan rüşvət almasını əks etdirən görüntülər yer alıb. Qeyd olunub ki, İslam Rzayev öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş külli miqdarda özgə əmlakı mənimsəyib, çoxsaylı korrupsiya cinayətlərinə yol verib. Dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəyib. Belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməyib, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət alıb. Faktla bağlı DTX-nin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Məlumat üçün bildirək ki, hazırda 9 sabiq icra başçısı demək olar ki, eyni səbəblərdən həbsxanadadır. Əfsuslar olsun ki, bəzən həbslər, sərt cəzalar digərlərinə ibrət olmur. Bir çox icra başçısı eyni qanunsuz əməlləri israrla davam etdirirlər. Ona görə də zaman-zaman ictimaiyyətdə icra hakimiyyətləri strukturlarının ümumiyyətlə ləğvi, yaxud tamam yeni sistemlə əvəzlənməsi, hətta yerlərdə idarəetmənin bələdiyyələrə təhvil verilməsi kimi təkliflər səsləndirilir. 

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a açıqlamasında deyib ki, icra başçılarının eyni cinayətlər üzrə həbs olunması bir daha göstərir ki, ciddi inzibati ərazi islahatına getmək lazımdır. Ekspert vurğulayıb ki, Azərbaycanda rayonların sayı 70-dən artıqdır: "Bəzi rayonlar ərazisinə, əhalisinə görə çox kiçikdir və həmin icra başçısının rəhbərlik etdiyi rayonda ciddi iş görməsi qeyri-mümkündür. Ona görə də icra başçılarının bir çoxu fermer təsərrüfatları yaradır, yanacaqdoldurma məntəqələri açır və digər iş sahələrinə yönəlirlər. Bunlar kifayət etmədikdə isə korrupsiyaya qurşanır, rüşvət yığırlar. Nəticədə həmin icra başçısının "biznesi" DTX əməliyyatı ilə yekunlaşır. Bu səbəbdən iri inzibati ərazi vahidlərinin yaradılmasına ehtiyac var. Azərbaycanda 14 iqtisadi rayon var, ancaq bunlar inzibati ərazi vahidi deyil. 14 iqtisadi rayonun ərazisində 14 vilayət təsis etmək olar. Rayonları vilayətlərin tərkibində birləşdirmək mümkündür. İri inzibati ərazi vahidlərində investisiyalar cəlb etmək, fəaliyyət sahələrini genişləndirmək imkanları daha çoxdur". 

Lakin ekspert onu da diqqətə çatdırıb ki, müəyyən rəhbər şəxsləri inzibati ərazi islahatları da rüşvətdən, korrupsiyadan çəkindirməyəcək: "Hətta bəziləri korrupsiyanı daha geni miqyasda tətbiq etməyi düşünəcək. O səbəbdən rüşvətə, korrupsiyaya yönəlik sərt mübarizə davamlı olmalı, cəzalar artırılmalıdır. Ən əsası da yüksək vəzifələrə təyinat alan insanların, çiyinlərinə böyük məsuliyyət qoyulan şəxslərin əmək haqları da kifayət qədər çox olmalıdır ki, əllərində rüşvət üçün heç bir əsas, bəhanə qalmasın. Bütün hallarda inzibati ərazi islahatlarına ciddi ehtiyac olduğu qənaətindəyəm. Dünyanın heç bir ölkəsində kiçik ərazi vahidləri ilə dövlət idarə olunmur. Çünki bu, olduqca səmərəsiz sistemdir və göründüyü kimi özünü doğrultmur". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Dekabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri