İcra başçısı növbəti dəfə sakinlərlə görüşdü Fotolar
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yasamal rayonunda sakinlər üçün yanvar ayı üzrə növbəti səyyar qəbul keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, RİH-in vəzifəli şəxsləri, bələdiyyə və MKTB rəhbərliyi, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.
Yasamal rayonunun sakinləri bina həyətlərinin abadlaşdırılması, liftlərin təmiri, sahibsiz itlərlə mübarizə, bina həyətlərində şlaqbaumun quraşdırılması, mənzillərdə istilik sisteminin işlək vəziyyətə gətirilməsi, yığılıb qalmış kommunal borclar, qurumuş ağacların budanması və müxtəlif sosial məsələləri əhatə edən digər mövzular qaldırıblar.
İcra başçısı qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verib.
Qəbuldan sonra RİH başçısı bəzi sakinlərin fərdi müracətlərini də dinləyib. Bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.






Baxış sayı:86
Bu xəbər 22 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















