Icma.az
close
up
RU
İcra başçısı şəhid ailələri və müharibə iştirakçıları ilə görüşüb Fotolar

İcra başçısı şəhid ailələri və müharibə iştirakçıları ilə görüşüb Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunda Dövlət Suverenliyi Günü qeyd edilib və Antiterror əməliyyatı şəhidləri anılıb.

“Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, YAP Abşeron rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyə nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İşçtirakçılar əvvəlcə Dövlət Suverenliyi Günü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən və məğrur ordumuzun qələbəsi ilə başa çatan antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn qəhləmanlarımızı anmaq üçün Xırdalan şəhərində şəhidlərin Xatirə Kompleksi ziyarət olunub. Burada abşeronlu şəhidlərin xatirəsinə güllər düzülərək vətənimizin bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımız anılıb, xatirələri yad edilib.

Şəhid ailələri və müharibə iştirakçıları ilə görüşən RİH başçısı Abdin Fərzəliyev onların qayğıları ilə maraqlanıb. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə böyük diqqət və qayğının göstərildiyini qeyd edən RİH başçısı bu diqqətin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində vətənimizin ərazi bütövlüyünün və dövlət süverinliyinin tam bərqərar olduğunu qeyd edən A.Fərzəliyev artıq Qarabağda soydaşlarımızın azad, təhlükəsiz və firavan yaşadığını söyləyib.

Sonra RİH başçısı şəhid ailələri ilə birgə Xırdalan şəhərindəki Şəhidlər Xiyabanına, o cümlədən Novxanı və Mehdiabad qəsəbəsindəki şəhidlərimizin məzarlarını ziyarət edərək, gül dəstələri düzüb və xatirələrini anıb.

Görüş və ziyarətlərdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri