İcra başçısı Şəhid atası ilə görüşdü FOTO
Pravd.az-dan verilən məlumata əsasən, Icma.az bildirir İcra başçısı Şəhid atası ilə görüşdü FOTO.
Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov Abşeron rayonundan olan Şəhid Rauf İbadovun atası Məhərrəm İbadovla görüşüb.
Pravda.az Naftalanda fəaliyyət göstərən sağlamlıq mərkəzində müalicə alan Məhərrəm müəllimin müalicəsi ilə maraqlanan icra başçısı bildirib ki, Şanlı Zəfəri bizlərə bəxş edən Şəhidlərimizin ailələrinə qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə vəzifəsidir.
Söhbət zamanı şəhid ailələrinin və qazilərin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daim xüsusi diqqətdə saxlanıldığını, qədirbilən xalqımız tərəfindən şəhidlərin xatirəsinin əziz tutulduğu vurğulanmışdır.
Görüşdə Məhərrəm müəllim Şəhid Rauf İbadovun ömür və döyüş yolundan, yaradıcılıq dünyasından bəhs edən “Rəssam-Kəşfiyyatçı” adlı nəfis tərtibatda çap edilmiş kitabını və rəsm əsərlərindən ibarət foto-albomu hədiyyə edib.
Qeyd edək ki, Abşeron rayonunda yaşamış fəxrimiz Rauf İbadov 2020-ci il oktyabrın 23-də Laçın ərazisində qəhrəmancasına şəhid olub. Şəhadətindən sonra dövlət başçısı tərəfindən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)