Icma.az
close
up
RU
İcra başçısının atasından sensasiyalı özbaşınalıq Qonşunun blokdan mənzilinə giriş qapısını hördürüb (FOTO)

İcra başçısının atasından sensasiyalı özbaşınalıq Qonşunun blokdan mənzilinə giriş qapısını hördürüb (FOTO)

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Nəsimi rayonu Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan vətəndaş Ruzana İdrisova mülkünün əlindən alınmaq istədiyinə dair redaksiyaya şikayət ünvanlayıb.

Mia.az Yenicag.az-a istinadla xəbər verir ki, Ruzana İdrisovanın iddiasına görə, paytaxtın mərkəzində, Fəvvarələr meydanının yaxınlığında olan tarixi bina bəzi məmurlar tərəfindən ələ keçirilmək istənilir.

Vətəndaş bildirib ki, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və Milli Məclisin Yerli icra hakimiyyətləri ilə iş şöbəsinin müdir müavini Teymur Tağıyevin atası Aqil Tağıyev onun evinin binanın blokunda olan qapısını hörüb.

Aqil Tağıyevin binadakı mənzilləri bir-bir satın aldığını vurğulayan İdrisova evlərinə pəncərədən girib-çıxdıqlarını qeyd edib:

“Bu blokdakı mənzilləri Aqil Tağıyev bir-bir alır. Biz bu mənzili alandan Aqil Tağıyev və adamları bizi təhdid edir ki, bu mənzili ucuz qiymətə bizə satmalı və ərazini tərk etməlisiniz. Biz öz qanuni mülkümüzə giriş edə bilmirik. Aqil Tağıyev qudası Eldar Əzizovun adından istifadə edərək blokdan evimizi olan giriş qapısını bağladıb. Biz məcburən pəncərədən evə girib-çıxırıq. Blokdan olan qapımızı açmaq istəyəndə isə sabiq polis məmuru olan Aqil Tağıyev əraziyə polis işçilərini və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşlarını tökərək yenidən bu qapını bağlatdırır. Həyatımız təhlükədədir. Hər gün təhdid edilirik. Şəhərin mərkəzində blokadada qalmışıq”.

Vətəndaş qarşılaşdığı qanunsuz halla bağlı ölkə başçısı İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istədiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Mart 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see165

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see163

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see159

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see148

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see138

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see137

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri