İcra Hakimiyyətinin qarşısında aşan ağac bahalı maşını tanınmaz hala saldı VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Nərimanov rayonu Firdovsi Məmmədov küçəsində (İcra Hakimiyyətinin qarşısı) ağac avtomobilin üzərinə aşıb.
Avtosfer.az xəbər verir ki, bədbəxt hadisə dekabrın 18-də günorta saatlarında qeydə alınıb. Belə ki, ərazidə olan nəhəng ağac kökündən qoparaq park edilmiş “Range Rover” markalı avtomobilin üzərinə düşüb. Nəticədə maşın tamamilə yararsız vəziyyətə düşüb. Hadisə şahidlərinin sözlərinə görə, qəza anidən baş verib. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə və yaxınlıqda insan olmayıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ağacın götürülməsi barədə müvafiq rəyi olmadığından onun daha öncə kəsilməsi mümkün deyildi.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 19 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















