Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

İcra məmuru borclunu müdafiə edir? Ananın aliment iddialarına rəsmi cavab

İcra məmuru borclunu müdafiə edir? Ananın aliment iddialarına rəsmi cavab

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“6 ildir ayrılmışıq, 2 övladımıza görə verməli olduğu 1600 manat alimenti aylardır yubadır. İcra məmuru tərəfindən də heç bir tədbir görülmür”. 

Bu şikayətlə “Qafqazinfo”ya Ağdaş rayon sakini Nərmin Məcidova müraciət edib. 

Onun sözlərinə görə, 2008-ci ildə İlham Məcidov adlı şəxslə ailə həyatı qurub. Bu evlilikdən 15 yaşlı oğlu və 14 yaşlı qızı olan cütlük 2020-ci ildən bəri ayrı yaşayır. Heç bir yerdə çalışmadığını vurğulayan 39 yaşlı N.Məcidova deyir ki, ona həm maddi, həm də mənəvi olaraq yalnız öz ailəsi dəstəkdir: “Ağdaş Rayon Məhkəməsi tərəfindən cavabdeh Məcidov İlham Qüdrət oğlundan hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində alimentin tutulması qət edilib. Qətnamə dərhal icra edilməsi üçün Ağdaş rayon İcra və probasiya şöbəsinə göndərilib, lakin təxmini 8 ay müddətində alimentin ödənilməsi üçün icra məmuru Ramin Abbasov tərəfindən heç bir tədbir görülməyib. Mənim şifahi və yazılı şikayətlərimdən sonra icra məmuru məcbur qalaraq borcluya xəbərdarlıq edib. Həmin vaxtdan sonra borclu mütəmadi olaraq hər ay 200 azn ödəniş edib, lakin əvvəlki aylardan qalan borclarını ödəməyib. Həmçinin, o, son üç ayın alimentini ödəməkdən imtina edərək şikayət edəcəyimiz təqdirdə də heç nə əldə edə bilməyəcəyimizi, onun barəsində heç bir tədbir görülməyəcəyini və alimenti ödəməyəcəyini bildirib”.

Şikayətçinin iddiasına görə, icra məmuru Ramin Abbasov borclunu müdafiə edir, axtarış qərarına əsasən yanvarın 13-də saxlanılaraq aparılan şəxsi məlumat vermədən evinə göndərib və barəsində heç bir tədbir görməyib: “İlham Məcidov övladları ilə ünsiyyətdə olduğu zaman onlara xərclik kimi əlavə olaraq nənə və babalarının kartına göndərdiyi 5,10,15 manat və digər məbləğlərdə pulları da aliment ödənişi kimi hesablayaraq heç bir borcun olmadığını bildirir. Maraqlısı budur ki, aliment ödənişi tələbkarın öz adına və ya etibarnamə üzrə nümayəndəsinin adına olan kart hesabına ödənilməli, digər şəxslərin kart hesabına ödənildikdə isə tələbkar aliment ödənişini alması ilə bağlı sənəd təqdim edərək təsdiqləməlidir. Lakin icra məmuru borclunun təqdim etdiyi qəbzlərin aliment ödənişi kimi qəbul etdiyini israrla bildirərək qanunun tələbini aşkar surətdə pozur”.

İddialarla əlaqədar uşaqların atası İlham Məcidovla əlaqə saxlasaq da, o, suallarımızı cavablandırmaq istəmədi.  

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə cavabda qeyd edilib ki, adıçəkilən şəxsin heç bir aliment borcu yoxdur: “Ağdaş rayon məhkəməsinin 2(014)-688/2021 nömrəli, 01.03.2021-ci il tarixli icra vərəqəsinə əsasən Məcidov İlham Qüdrət oğlundan (bundan sonra borclu) 02.02.2021-ci il tarixdən başlayaraq 2011 və 2012-ci il təvəllüdlü övladlarının 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Məcidova Nərmin Elmidar qızının xeyrinə ödənilməlidir. 

İcra sənədi 07.04.2021-ci il tarixində Ağdaş rayon icra şöbəsinin icraatına daxil olub, elə həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilib. İcra sənədinin icrasını təmin etmək məqsədilə Ağdaş rayon icra və probasiya şöbəsi tərəfindən aşağıdakı tədbirlər görülüb:

- 30.06.2021-ci il tarixində borclunun məcburi gətirilməsi barədə verilmiş təqdimat təmin edilmiş və Ağdaş rayon məhkəməsinin müvafiq qərardadına əsasən borclu 07.09.2021-ci il tarixində Ağdaş rayon icra və probasiya şöbəsinə gələrək izahat verilib. 

- 18.11.2021-ci il tarixində borclu təkrar Ağdaş rayon icra və probasiya şöbəsinə çağırılıb, izahatı alınıb və barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə verilib. Borclunun əməlində inzibati xəta tərkibi olmaması səbəbindən Ağdaş Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli qərarına əsasən inzibati protokola xitam verilib.

- Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağdaş rayon icra və probasiya şöbəsinin təqdimatı Ağdaş Rayon Məhkəməsinə göndərilib, Ağdaş Rayon Məhkəməsinin 10.02.2022-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 

- Borclunun axtarılmasına dair qərar tərtib olunaraq Ağdaş RPŞ-yə göndərilib, borclu 14.01.2026-cı il tarixində Ağdaş rayon icra şöbəsinə təhvil verilib. Borclu ödədiyi bütün aliment qəbzlərini təqdim edib və hesablanıb.  

Bildiririk ki, borclunun bu günə kimi hesablanmış 59 ay olmaqla 67 qəbz üzrə cəmi 11.800 manat aliment pulunu tam ödədiyi müəyyən edilib. Hazırda onun heç bir aliment borcu yoxdur. 

İcra işi nəzarətdə saxlanılır və qanunamüvafiq icra tədbirləri davam etdirilir”.

Lamiyə Məmmədova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Fevral 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri