Icma.az
close
up
RU
İcraiyyə Şurasına üzvlük Azərbaycanla UN Habitat arasında əməkdaşlığa növbəti töhfələr üçün fürsət yaradacaq

İcraiyyə Şurasına üzvlük Azərbaycanla UN Habitat arasında əməkdaşlığa növbəti töhfələr üçün fürsət yaradacaq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 may, AZƏRTAC

Xəbər verdiyimiz kimi, mayın 30-da BMT-nin Məskunlaşma Assambleyasının 2-ci sessiyası çərçivəsində keçirilən seçkilərdə Azərbaycan BMT Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasına ilk dəfə olaraq üzv seçilib. Bu üzvlük 2025-2029-cu illəri əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, İcraiyyə Şurası UN-Habitat-ın ali orqanı olan BMT Məskunlaşma Assambleyasının sessiyalararası fəaliyyət göstərən qərarverici orqanıdır. Şuranın tərkibi BMT-nin regional qrupları üzrə müəyyənləşdirilən üzv dövlətlərdən ibarətdir. UN-Habitat-ın fəaliyyəti ilə bağlı bir çox qərarların üzərində müzakirələr İcraiyyə Şurasında başlandığından və razılaşdırma üçün hazırlandığından dövlətlər şuraya üzv olmağa can atır. Bu səbəbdən bir çox hallarda ölkələr öz regional qrupları arasında Şuraya üzvlüklə bağlı konsensus üçün seçkilərdən xeyli müddət əvvəl danışıqlara başlayır.

Azərbaycan BMT-nin Şərqi Avropa regional qrupunda (Eastern European Group-EEG) təmsil olunur. İcraiyyə Şurasında üzvlüyə EEG-dən Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Slovakiya və Çexiya da namizədliyini irəli sürmüşdü. Cari ilin əvvəlindən UN-Habitat və EEG üzv dövlətlər arasında çoxsaylı müzakirələrdən sonra Çexiya namizədliyini geri götürüb və qrupdan namizədlər müəyyənləşib.

Məlum olduğu kimi, dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat ilə Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt üzrə dinamik inkişaf edir. Azərbaycan UN-Habitat-ın ən böyük donorlarındandır. Ölkəmiz 2023-cü ildə UN-Habitat-ın Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib. Azərbaycan qlobal nüfuza malik olan, on minlərlə iştirakçının qatıldığı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 2026-cı il mayın 17-22-də ev sahibliyi edəcəkdir. İcraiyyə Şurasına üzvlük Azərbaycanla UN-Habitat arasında əməkdaşlığa növbəti töhfələr vermək üçün fürsəti yaradacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri