Icma.az
close
up
RU
İcraların məhəllələrdəki qanunsuz parkinqləri ilə necə mübarizə aparılmalıdır? VİDEO

İcraların məhəllələrdəki qanunsuz parkinqləri ilə necə mübarizə aparılmalıdır? VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda, xüsusən də paytaxt Bakıda son illərdə məhəllələrdə sakinlər tərəfindən kütləviləşən və adi hala çevrilən bir hal müşahidə edilir. Bu hal isə avtomobillərin parklanması üçün yaradılan şəraitlə bağlıdır. Hansısa məhəllədə yaşayan və avtomobili olan 5-10 sakin aralarında müəyyən məbləğ toplayaraq maşınlarını binanın önündə, məhəllədə saxlaya bilmək üçün icra hakimiyyətlərinə müəyyən ödənişlər edir. Haradansa konstruksiyalar tapırlar və məhəllədə hərə özünə bir yer ayırır. Bununla da böyük ölçülü məhəllələr bu insanların maşınlarının “dincəlmə düşərgəsi”nə çevrilir, amma maşını olmayanlar, xüsusən də uşaqlar oynamaq üçün 1 kvadrat-metr də olsa yer tapa bilmir. Bu mövzuda sakinlərlə icra hakimiyyəti əlbir şəkildə qanunazidd əməllərilə uşaqların, eləcə də yaşlıların istirahət hüququnu əllərindən almış olur.

Bu fonda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində ölkənin dörd bir yanında avtomobilsiz həyətlər salınmasına dəstək olur, məhəllə sakinləri ilə görüşür. Görülən işlərin hansı həcmdə müsbət nəticələr verdiyini görməmək isə mümkün deyil. Leyla Əliyeva şəhərlərdə, qəsəbələrdə gələcəyə yönəlik layihələrin icrasını başladır, öz rayonuna sadəcə yeyinti mənbəyi kimi baxan icra hakimiyyətləri isə o gələcəyin üstündə maşınlar üçün xətləmə işləri aparıb uşaqların istirahət hüququnu əllərindən alır, əvəzində “maşınlara məhəllədə istirahət” hüququ verir. Hətta yeni tikilən binalarda tikilməsi nəzərdə tutulan yeraltı parkinqlər də ya tikilmir, ya da tikilərkən elə qiymət qoyulur ki, bina sakini güclə pul yığıb aldığı maşının yanacağı və digər xərclərini düşünməklə yanaşı, bir də parkinqin pulunu düşünməli olur. Buna isə heç kim nəzarət etmir. Bütün səlahiyyət MTK-nın, dolayı yolla da icra hakimiyyətinin əlində olur.

Bu gün ölkəmizdə bu problemlərin həllini kifayət qədər asanlaşdırmaq üçün bir sıra xaric nümunələri var. Məsələn, Rusiyada məhəllələrdə bu istiqamətdə yeni texnologiya irəli sürülür və bu yenilik sayəsində həm məhəllələrdə istifadə etmək üçün kifayət qədər böyük ərazi qalmış olur, həm də avtomobillər səliqəli şəkildə park edilir. “Neopark” adlanan yüngül konstruksiyalardan ibarət 2 mərtəbəli parklanma mexanizmləri bu gün Rusiyanın əksər şəhərlərində tətbiq olunmağa başlayıb.

Kiyevdə isə vəziyyət tamamilə fərqlidir. Azərbaycanda məhəllələr salan iri şirkətlərdən fərqli olaraq, burada şirkətlər həm dövlətin qanunlarına, həm də məhəllənin sakini olacaq şəxslərin istirahətinə və digər hüquqlarına hörmətlə yanaşır. Kiyevdəki “Французький квартал / French Quarter” yaşayış kompleksi modern Avropa yanaşmasına uyğun layihələndirilib. Burada əsas prinsiplərdən biri məkanın insanyönümlü təşkili olunmasıdır:

Məhəllə baryersizdir – maşınların daxilə girməsi məhdudlaşdırılıb, əsas həyət yalnız piyadalar və uşaqlar üçün nəzərdə tutulub.

Uşaq meydançaları yaş qruplarına görə ayrılıb – kiçik yaşlı uşaqlar üçün ayrıca təhlükəsiz zonalar, yeniyetmələr üçün idman meydançaları qurulub.

Yaşıl zona üstünlük təşkil edir – ağaclar, oturacaqlar, dekorativ bitkilərlə “hüzur dolu” məhəllə atmosferi yaradılıb.

Avropa tipli kvartal quruluşu – hündür binalar həyəti əhatə edir, beləliklə içəridəki həyət sakit, küləkdən qorunan və özəl mühit yaradır.

Belə məkanlar “courtyard concept” adlanır və hazırda postsovet məkanında yeni-yeni populyarlaşır. Xoş təəssürat yaratmasının səbəbi də odur ki, bu yanaşma insanlara doğrudan da təhlükəsizlik, rahatlıq və məxsusluq hissi verir.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında deyib ki, Bakıda parklanma xaotik təşkil olunub və yeni tikilən binalarda, binalara olan tələblərdə yenə də parklanma kənarda qalıb. Yəni, sərt tələblər qolmalıdır.

“Yeni tikilən binaların özünün altında parkinqi təşkil olmalıdır və bu parkinq yerin üstündə, məhəllədə, avtomobilsiz məhəllə formasında təşkil olmalıdır ki, insanlar sosiallaşa bilsinlər, uşaqlar fərqli yaş kateqoriyalarına uyğun olaraq oynaya bilsinlər, idman edə bilsinlər və insanlar öz yaşadığı ərazidə belə istirahat edə bilsinlər.

Bu məsələlərdə, düşünürəm ki, indiyə qədər əgər boşluqlar varsa, onların da həlli yönündə qərar verilə bilər. Yəni, müxtəlif yüngül konstruksiyalı, müxtəlif səviyyəli, daha tez qurulan parkinqlər təşkil oluna bilər. Bu məsələ bir az da imkana bağlıdır, hər hansı kompleksin imkanı varsa, bunu dəmir-beton konstruksiyalı, müxtəlif səviyyəli, eləcə də yer altı təşkil edə bilər və ən bahalı resurs olan torpağı daha səmərəli istifadə etmiş olar.

Həmçində, insanlar uzaq məsafə qət etmədən yaşadığı yerdə hər axşam istirahat edə bilər, uşaqları oyna bilər və yekunda daha xoşbəxt ola bilərlər. Hal-hazırda, şəhərimizdə fərqli lahiyələrdə yeni, avtomobilsiz, məhəllə formatında lahiyələr təqdim olunur, amma bu, nöqtəvidir. Barmaqla sayılası qədərdir. Bu məsələdə Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin üzərinə də məsuliyyət düşür, çünki onlar tikintinin icazəsini, tikintiyə nəzarətin və tikintinin qəbulunu icra edən orqandır. Mövcud tikintiyə nəzərən hər hansı dəyişiklik də yenə də bu qurum və yerli icra hakimiyyəti ilə birlikdə iş əsasında görülməlidir. Digər tərəfdən, məhəllə sakinləri özləri buna maraqlı olmalıdır ki, avtomobilin bu qədər sahəni zəbt etməsi əslində onların özünün maraqlarının ziddinə gətirib çıxaracaq.

Yəni, həmin məhəllədə yaşayan insanlar öz məhəllələrində maşın parklanmasından başqa məqsədlərə o böyük sahəni istifadə edə bilmirlər. Əslində, bunu fərqli cür həll etsələr, maşına müxtəlif səviyyəli parkinqlər üçün şərait yarada bilsələr, digər tərəfdə bu sahədə özləri də istirahat edə bilər, uşaqları da istirahat edə bilər”.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Avqust 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri