Icma.az
close
up
RU
İctimai nəqliyyatda yaşlılarla cavanlar arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”

İctimai nəqliyyatda yaşlılarla cavanlar arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Son günlər sosial şəbəkələrdə tez-tez müzakirə olunan məsələlərdən biri də ictimai nəqliyyatda gənclərin böyüklərə yer verməməsidir. Bu problem bəzən ictimai nəqliyyatda davaya belə çevrilir.

Bakıvaxt.az mövzu ilə bağlı paytaxt sakinlərinə üz tutdu:

Bakı sakini, 72 yaşlı Həsən dayı da ictimai nəqliyyatda gənclərin yaşlılara yer verilməməsindən narzaıdır:

“Bəzən avtobusa minəndə gənclər baxıb görsələr də, yer vermirlər. Elələri var ki, telefonuna elə başını salır, elə bil heç nə görmür. Halbuki bir ‘buyur otur’ demək böyük iş deyil".

58 yaşlı Səkinə xala isə bir az fərqli düşünür:

“Bəzən gəncləri də qınamıram. Elə yaşlı insanlar var ki, davranışları ilə hörmət qazanmaq əvəzinə, əksinə, narahatlıq yaradırlar. Elə yer verməyə layiq deyillər”.

“O da 50 qəpik yol pulu verir, mən də. Kimsəyə niyə verməliyəm ki” – bunu isə özünü təqdim etmək istəməyən cavan oğlan deyir.

Elyar İslamoğlu: Böyüklərə yer vermək həm ədəb qaydasıdır, həm də bir davranış nümunəsidir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu bildirib ki, ictimai nəqliyyatda böyüklərə yer vermək həm ədəb qaydasıdır, həm də əsrlər boyu formalaşmış bir davranış nümunəsidir.

Müsahibimizin sözlərinə görə, biz bu ənənənin izlərini "Kitabi-Dədə Qorqud" dastanında da görə bilərik. Orada ağsaqqallara və böyüklərə necə hörmət göstərildiyi açıq şəkildə təsvir olunur. Bu adət-ənənə bu günə qədər gənclərimizə aşılanıb və təbliğ olunur:

"İctimai nəqliyyatda böyüklərə, ağsaqqallara yer vermək bir ədəb və hörmət nümunəsidir".

Dediyinə görə, hazırda elə gənclər də var ki, oturduqları yerdə qarşıdan bir böyük gəldiyini görəndə dərhal ayağa qalxır və üst-başlarını düzəldirlər. Bu, tərbiyənin və dəyərlərə bağlılığın göstəricisidir.

“Biz Avropada belə adət-ənənələrə rast gəlmirik. Təəssüf ki, bəzi gənclərimiz də getdikcə bu davranışların artıq lazımsız olduğunu düşünməyə başlayırlar. Halbuki dinimiz bizə hər zaman böyüklərə hörmət etməyi tövsiyə edir”, - deyə Elyar İslamoğlu vurğulayıb.

Zeynəb Eyyubova: Cavanların yaşlılara yer verməsi nə qanuni məcburiyyət, nə də bir borcdur

Məsələnin psixoloji tərəfini izah edən psixoloq Zeynəb Eyyubova Bakıvaxtı.az-a bildirib ki, ictimai nəqliyyatda yer vermə məsələsi günümüzdə tez-tez müzakirə olunur və bəzən gənclərlə yaşlılar arasında qarşıdurmaya səbəb olur. Gənclər “niyə yer verməliyəm” sualını verir, yaşlı nəsil isə bunu onların borcu kimi görür. Bəs psixoloji baxımdan bu situasiyanın mahiyyəti nədir?

Psixoloq da qeyd edib ki, yer vermək bir mədəniyyət və empatiya məsələsidir. Bu, qanunla məcburi olmasa da, cəmiyyətin sağlam mənəvi dayaqları üçün vacib olan ədəb qaydasıdır. Empatiya hissi yüksək olan insan qarşısındakı şəxsin fiziki ehtiyacını hiss edib yer verməyi təbii qarşılayır:

"Empatiya uşaqlıqdan formalaşır. Əgər bir insan ailəsində, məktəbdə və ya cəmiyyətdə bu dəyərləri görməyibsə, yer verməməsi də təəccüblü deyil. Digər tərəfdən, gənclərin etiraz etməsinin də bir psixoloji səbəbi var. Gənclər tez-tez özlərini dəyərsiz hiss etdikləri bir cəmiyyətin üzvü kimi qəbul edirlər. Öz haqlarının tanınmadığını düşündükləri üçün onlar da başqalarının haqlarını tanımağa meyilli olmurlar. Bu, bir növ psixoloji müdafiə mexanizmidir".

"Unutmamalıyıq ki, hər kəs ayaq üstə qalmaqda çətinlik çəkə bilər - bu, təkcə yaşla bağlı deyil. Bəzən fiziki görünüşcə sağlam görünən bir gəncin ciddi sağlamlıq problemi ola bilər. Yəni heç kimə zorla “qalx və yer ver” demək düzgün deyil. Əksinə, hörmət və anlayış qarşılıqlı olmalıdır",- deyə müsahibimiz vurğulayıb.

Zeynəb Eyyubova vurğulayıb ki, nəticə olaraq, yer vermək nə qanuni məcburiyyət, nə də bir borcdur. Bu, insanın daxili mədəniyyətinin və empatiya qabiliyyətinin göstəricisidir:

“Cəmiyyət olaraq əsas məqsədimiz gənclərə bu dəyərləri öyrətmək, yaşlılara isə bu davranışı sevgi ilə qazandırmaq olmalıdır - məcburiyyətlə yox, nümunə ilə”.

Mail Yaqub: Bir gəncin yaşlıya yer verməməsi onu ictimai təzyiqlə susdurmaq üçün əsas olmamalıdır

Sosioloq Mail Yaqub isə Bakıvaxtı.az-a bildirib ki, bizim mentalitetdə yaşlılara yer vermək ədəb-ərkanın əsas qaydalarından sayılır.

Sosioloq qeyd edib ki, bu davranış cəmiyyətin hörmət və ehtiram üzərində qurulan dəyərlərinin təzahürüdür. Ənənəvi olaraq, yaşlı insanlara yer vermək ailədə, küçədə və ictimai yerlərdə bizə aşılanan bir mədəni davranış nümunəsi kimi qəbul edilir.

Onun sözlərinə görə, bu yazılmamış qaydalar bəzən cəmiyyətdə o qədər güclü təsir göstərir ki, bu davranışı yerinə yetirməyən şəxslər ictimai qınağa məruz qalırlar:

"Bəli, ictimai qınaq bəzən lazımlıdır, çünki bu, cəmiyyətin öz daxilində etik normaları qorumaq və gələcək nəsillərə ötürmək vasitəsidir. Amma bu qınaq təhqirə və alçaltmaya çevrilməməlidir".

Müsahibimizin fikrincə, bir gəncin yaşlıya yer verməməsi onu ictimai təzyiqlə susdurmaq üçün əsas olmamalıdır. Əksinə, belə hallarda maarifləndirmə və xoş niyyətli yanaşma daha faydalıdır. "Əgər kimsə bu adətə əməl etmirsə, bu onun hüququdur. Biz bu davranışı zorla deyil, anlayış və mədəniyyət yolu ilə təbliğ etməliyik", - deyə o əlavə edib.

Mail Yaqub vurğulayıb ki, yaşlılara hörmət hüquqi məcburiyyət deyil, əxlaqi bir məsuliyyətdir:

"Əxlaq məcburiyyətləri hüquqla ölçülmür, onlar vicdanla, tərbiyə ilə formalaşır. Cəmiyyət olaraq bu davranışı sevgi və hörmətlə yaşatmalı, onu zorla və ya təhqirlə deyil, örnəklə və dialoqla gələcək nəsillərə ötürməliyik".

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Aprel 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri