Icma.az
close
up
RU
İctimai nəqliyyatda yaşlılara niyə yer verməliyik?

İctimai nəqliyyatda yaşlılara niyə yer verməliyik?

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bəzi zamanlar ictimai nəqliyyatda yaşlı və fiziki imkanları məhdud şəxslərə yer verilməməsi hallarına rast gəlinir.
Yeniavaz.com
xəbər verir ki, bəzən gənclər telefonla məşğul olduqları üçün ətrafda baş verənləri görmür, bəzən də sadəcə olaraq laqeyd davranaraq ehtiyacı olan insanlara yer vermirlər.
Nəticədə, nəzakət və qarşılıqlı hörmət prinsipləri unudulur, cəmiyyətdə sosial məsuliyyət hissi zəifləyir.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan sosioloq Hüseyn İbrahimov bildirib ki, bu məsələ həm etik dəyərlər, həm də milli adət-ənənələr baxımından mühüm mövzudur:
“İctimai nəqliyyatın aktuallaşdığı dövrdə bu cür hallar xüsusi qaydalarla tənzimlənirdi. Avtobuslarda və qatarlarda belə yazılar olurdu: “Əlillərə, hamilə və uşaqlı qadınlara yer verin”. Bu, bəşəri bir etik prinsipdir. Amma bizim adət-ənənələrimizdə bundan əlavə, özümüzdən böyüklərə hörmət göstərmək kimi bir dəyər də var. Yəni biz həm beynəlxalq normalara uyğun davranırıq, həm də milli dəyərlərimizi qoruyuruq”.
Hüseyn İbrahimov qeyd edir ki, gənclər bu qaydanın vacibliyini qəbul etmir, lakin bu, doğru yanaşma deyil:
“Bəzi şəxslər düşünürlər ki, niyə özümüzdən böyüklərə yer verməliyik. Amma bu, yanlış fikirdir. İctimai nəqliyyatda əlillərə, hamilə qadınlara və uşaqlı analara yer vermək bəşəri etikadır. Özündən böyüklərə ehtiram isə Şərq xalqlarının əsrlər boyu qoruduğu bir dəyərdir”.
Sosioloq bildirir ki, hər bir halda fiziki durum da nəzərə alınmalıdır:
“Yaş deyil, əsas fiziki vəziyyətdir. Kiminsə zəif, ahıl və ya ayaqüstə dayanmağa gücü çatmadığını görürüksə, dərhal yer verməliyik”.
Psixoloq Elnur Rüstəmov isə bildirir ki, gənclərin yaşlılara yer verməməsi empatiya çatışmazlığından qaynaqlanır:
“İctimai nəqliyyatda gənclərin yaşlı insanlara yer verməməsi təkcə davranış problemi deyil, dərin sosial-psixoloji səbəbləri olan kompleks bir məsələdir. Burada bir tərəfdən cəmiyyətin dəyərlər sistemində baş verən dəyişikliklər, digər tərəfdən isə gənclərin emosional və psixoloji inkişaf xüsusiyyətləri mühüm rol oynayır. Qeyd edim ki, son illərdə cəmiyyətdə fərdiyyətçilik dəyərlərinin güclənməsi, kollektiv məsuliyyət hissinin zəifləməsi müşahidə olunur. Gənclər getdikcə daha çox “mən” mərkəzli düşünür, sosial münasibətlərdə empatiya yerini “öz rahatlığımı qoruyum” prinsipinə verir”.
E. Rüstəmov qeyd edir ki, psixoloji baxımdan bu davranışın arxasında emosional uzaqlaşma və məsuliyyətin ötürülməsi dayanır:
“Bir çox gənc belə hallarda “başqası duracaq”, “onsuz da qısa yol gedir”, “mən də yorğunam” kimi düşüncələrlə vəziyyəti rasional şəkildə əsaslandırır. Bu isə “empatiya defisiti” deyilən halın nəticəsidir. Yəni, qarşıdakı insanın ehtiyacını görsə də, onunla emosional əlaqə qura bilmir. Eyni zamanda bəzi gənclər özlərini sosial ədalətsizliklərə məruz qalmış kimi hiss etdikləri üçün böyüklərə qarşı passiv etiraz göstərirlər. Onlar düşünürlər ki, “əvvəlki nəsil bizə çətin sistem buraxıb, indi niyə biz yer verməliyik?” Bu, fərdi deyil, nəsillərarası psixoloji gərginliyin təzahürüdür”.
Elnur Rüstəmov hesab edir ki, problemin həlli emosional maarifləndirmə ilə mümkündür:
“Kiməsə yer vermək sadəcə fiziki bir hərəkət deyil, mənəvi mədəniyyət göstəricisidir. O, insanın sosial məsuliyyətini və empatiya qabiliyyətini əks etdirir. Əgər gənclərimizdə bu duyğu zəifləyibsə, deməli, biz cəmiyyət olaraq emosional bağlarımızı yenidən bərpa etməliyik. Ona görə də gənclərin yaşlılara yer verməməsi təkcə “tərbiyəsizlik” kimi dəyərləndirilə bilməz. Bu, emosional uzaqlaşmanın, dəyərlərin transformasiyasının və sosial model böhranının nəticəsidir. Əgər biz böyüklərə hörməti yalnız qayda kimi deyil, insanlıq mədəniyyəti kimi təqdim edə bilsək, bu davranış tədricən bərpa olunacaq”.
Fəridə Əsədzadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 13 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri