Icma.az
close
up
RU
İctimai nəqliyyatla bağlı YENİ QƏRAR Köhnə avtobuslar TARİXƏ QOVUŞUR?

İctimai nəqliyyatla bağlı YENİ QƏRAR Köhnə avtobuslar TARİXƏ QOVUŞUR?

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1 yanvar 2026-cı ildən 15 ildən artıq müddətdə istehsal olunan avtobuslar müntəzəm marşrutda istifadə olunmayacaq. Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər"i təsdiqləyib.
Qərara əsasən müntəzəm marşrutlarda işləyəcək avtobuslara müəyyən tələblər qoyulacaq. Bura avtomobilin indiyədək olan yürüşü və istehsal tarixi, nağdsız ödəniş imkanı qurğusu, sərnişin sayma qurğusu və sair olmalıdır. 
 

Qərara əsasən, bu tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin, Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri müəyyən edir.

Bəs qərarın bu qədər qısa zamanda icrası mümkündürmü?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, bu qərarın icrası institusional baxımdan real görünmür:
“Əgər söhbət doğrudan da 15 yaşdan yuxarı avtomobillərin 1 yanvar 2026-cı ildən istismardan çıxarılmasından gedirsə, bu qərarın həm iqtisadi, həm sosial, həm də texniki baxımdan bu qədər qısa müddətdə icrası mümkün deyil. Azərbaycanda avtomobil parkının böyük hissəsi 15 yaşdan köhnə olduğu üçün belə addım milyonlarla insanı birbaşa təsir edər, yeni və işlənmiş avtomobillərin qiymətlərini kəskin şəkildə artırar və iqtisadi yükü xüsusilə orta və aşağı gəlirli ailələrin üzərinə qoyar.
Dövlət strukturlarının bu qədər böyük miqyaslı dəyişiklik üçün tələb olunan qeydiyyat, utilizasiya və nəqliyyat infrastrukturunu bir ilə hazırlaması da real deyil. Bundan başqa, ictimai nəqliyyat sistemi hələ ki, belə kütləvi keçidi kompensasiya edəcək səviyyədə inkişaf etməyib.
Dünyada oxşar məhdudiyyətlər adətən 5-10 illik mərhələli planlarla, yaş limiti tədricən aşağı salınmaqla və vətəndaşlara maddi stimullar ayrılmaqla həyata keçirilir. Buna görə də bu qərarın göstərilən müddət ərzində gerçəkləşməsi praktik baxımdan mümkün sayılmır”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri