Icma.az
close
up
RU
İctimai qaydalar xarici məcburiyyətlə deyil, daxili məsuliyyət hissi ilə qorunacaq PSİXOLOQ ŞƏRH ETDİ

İctimai qaydalar xarici məcburiyyətlə deyil, daxili məsuliyyət hissi ilə qorunacaq PSİXOLOQ ŞƏRH ETDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İnsanların ictimai qaydalara əməl etməsini yalnız cəza qorxusu ilə əlaqələndirməsi sosial və psixoloji faktorların birləşməsi ilə izah olunur. Sosial psixologiya və davranış nəzəriyyələrinə görə, insan davranışının formalaşmasında iki əsas motivasiya növü mövcuddur: daxili motivasiya və xarici motivasiya. Xarici motivasiya daha çox mükafat əldə etmək və ya cəzadan qaçmaq məqsədilə yaranır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, bir çox hallarda insanlar ictimai normaları cəza qorxusu səbəbindən qəbul edirlər, çünki bu, davranışın ən sürətli və effektiv tənzimləmə mexanizmidir: "Bu yanaşmanın kökündə qaçınma davranışı dayanır. Psixoloji araşdırmalar göstərir ki, insan beyni neqativ nəticələrdən qaçmağa müsbət nəticələr qazanmaqdan daha çox meyillidir. Yəni təhlükə və ya cəza ehtimalı davranış üzərində güclü nəzarət yaradır. Məsələn, yol hərəkəti qaydalarına əməl edən sürücülərin bir çoxu bunu təhlükəsizliyi düşündüyü üçün deyil, cərimə və ya hüquqi məsuliyyət qorxusu ilə edir. Bu, sosial normaların içselleşdirilməməsinin açıq göstəricisidir. Birincisi, bəzi cəmiyyətlərdə dəyərlərin formalaşması prosesi zəifdir. İnsanlara qaydaların səbəbi, onların sosial əhəmiyyəti və uzunmüddətli faydası izah olunmadıqda, həmin qaydalar yalnız məcburi çərçivə kimi qəbul edilir. İkincisi, uşaqlıqdan qaydalara əməl etməyi əsaslandırmadan yalnız “cəza alarsan” prinsipi ilə öyrətmək, cəmiyyətin böyük hissəsində bu vərdişi formalaşdırır. Belə yanaşmada mənəvi məsuliyyət deyil, cəza qorxusu əsas davranış tənzimləyicisi olur.

Lakin bu modelin mənfi tərəfi ondan ibarətdir ki, xarici nəzarət aradan qalxdıqda – yəni cəza ehtimalı az olduqda – insanlar qaydaları pozmağa meylli olur. Məsələn, nəzarət kameralarının olmadığı yollarda qaydaların daha çox pozulması buna bariz nümunədir. Daha dayanıqlı sosial davranış üçün qaydalar yalnız cəza qorxusu ilə deyil, daxili motivasiya ilə qəbul edilməlidir. Bunun üçün insanlar sosial normaların məqsədini anlamalı, empatiya və məsuliyyət hissi inkişaf etdirməlidirlər. Əgər insan başa düşürsə ki, qaydalar yalnız hüquqi öhdəlik deyil, həm də cəmiyyətin rifahını təmin edən mexanizmdir, onda davranışı müsbət dəyişir. Bu isə təhsilin, sosial maarifləndirmənin və dəyərlər tərbiyəsinin əsas məqsədi olmalıdır. İnsanların qaydalara əməl etməsini yalnız cəza qorxusu ilə izah etmək davranışın səthi səbəbini göstərir. Əsl məqsəd qaydaların məntiqinin dərk edilməsi və onların dəyər kimi qəbul olunmasıdır. Bu halda ictimai qaydalar xarici məcburiyyətlə deyil, daxili məsuliyyət hissi ilə qorunacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyul 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri