Icma.az
close
up
RU
İdarəetmənin yeni dövrü

İdarəetmənin yeni dövrü

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər

Postmüharibə dövründə Azərbaycanda hər cəhətdən müsbət ab-hava hökm sürür. Əsas ümummilli ideyamızın - ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsindən sonra milli güc inkişafa,  quruculuğa yönəldilib. Ölkə daxilində güclü həmrəylik ovqatı var, respublikamız dünya arenasında böyük uğurlara imza atır. Gələcək  planlar da böyükdür. Ölkəmiz yeni strateji mərhələyə daxil olub və bu mərhələ üçün mühüm prioritetlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, çoxlu planlar var və onlar həyata keçiriləcək.

Təbii ki, qarşıya qoyulan böyük hədəflərə çatmaq üçün bir sıra şərtlər təmin olunmalıdır. Burada idarəetmə çərçivələrinin optimallığı, həmçinin kadrların peşəkarlığı və məsuliyyəti çox mühüm şərtlərdir.  Prezident İlham Əliyev bəhs olunan müsahibəsində bütün bu kimi məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıb.

Çevik idaretmə üçün Qarabağ və Şərqi Zəngəzur modeli

Müstəqillik illərində həyatın bütün sahələrində böyük uğurlar qazanan Azərbaycanın siyasəti konseptual, ardıcıl və çevik səciyyə daşıyır.  Əgər son 22 ilin təcrübəsinə geniş nəzər salsaq, görərik ki, ölkəmizdə heç bir qərar təsadüfən qəbul olunmayıb. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi atılan hər bir addımın arxasında çox böyük təhlil və böyük məqsədlər dayanır. İndiki qlobal çətinliklər şəraitində Azərbaycanın öz inkişafının ardıcıllığını təmin etməsi, bütün dünyada sabitlik adası kimi fərqlənməsi də məhz dövlət başçısının ölkənin potensialını, inkişaf səviyyəsini, cəmiyyətin sosial sifarişlərini və meydana çıxan çağırışları məharətlə uzlaşdıraraq prioritetləri önə çəkməsi və adekvat siyasət həyata keçirməsi ilə şərtlənir. Bunun təsdiqi olaraq vurğulayaq ki, son illərdə respublikamızın mənzərəsi dövlət başçısının qətiyyəti və möhkəm siyasi iradəsi ilə reallaşdırılan islahatlarla səciyyələnir.

O cümlədən idarəetmə kimi həssas sahə də islahatlardan kənarda qalmamalıdır. İnkişafın ardıcıllığının təmin olunması və miqyasının daha da genişləndirilməsi üçün idarəetmə çevik olmalı və yeni dövrün tələblərinə cavab verməlidir. Prezident İlham Əliyev idarəetmə islahatlarının anonsunu edərək bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda artıq yeni üsuli-idarə nəzərdə tutulub və tətbiq edilir.

Dövlət başçısının idarəetmə strukturunun yenilənməsinin anonsunu etməsi təsadüfi deyil. Dövlət idarəçiliyinə heç bir halda doqma kimi yanaşmaq olmaz. Zaman ötür, ölkə inkişaf edir, yeni reallıqlar yaranır. Azərbaycanın yeni inkişaf mərhələsinə yüksəlməsi, müasir dövrün trendləri qarşıya həmçinin idarəetmə strukturunun təkmilləşdirilməsi tələbini qoyur.

Eyni zamanda, idarəetmənin yenilənməsi cəmiyyətin sosial sifarişidir. Açıq deyək, müxtəlif icra strukturlarının fəaliyyəti heç də qənaətbəxş deyil və narazılıqlara yol aşır. Bir sıra hallarda yerlərdə süründürməçilik, rüşvətxorluq, məmurların səlahiyyət hədlərini aşmaları, digər belə neqativ hallar müşahidə edilir. Bu gün paytaxtda və regionlarda ayrı-ayrı icra qurumlarında vətəndaş qəbulları formal xarakter daşıyır. Bütün bunlar isə ölkədə vətəndaş məmnunluğuna əsaslanan siyasətlə daban-dabana ziddir və ölkəmizin müasir mənzərəsinə uyğun gəlmir. Prezident İlham Əliyev dövlət idarəçiliyinə o fəlsəfədən yanaşır ki, XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin.

Bildirildiyi kimi, respublikamızda idarəetmə çərçivələrinin yenilənməsi istiqamətində ilk addımlar atılıb. Belə ki, Prezident İlham Əliyev 19 yanvar 2021-ci ildə  “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” fərman imzalayıb. Sənəddə də vurğulandığı kimi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri rəhbərlik edirlər. Respublikamızda Prezidentin ilk xüsusi nümayəndəsi Vətən müharibəsində işğaldan azad edilən Şuşa rayonuna təyin edilib. Şuşa rayonundan sonra xüsusi nümayəndəlik institutu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, həmçinin Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında tətbiq olunub.

Bəs yeni idarəetmə modelindən hansı gözləntilər var? Yeni idarəetmə modeli həm funksionallıq, həm də operativlik və şəffaflıq baxımından elə bir mexanizm formalaşdırılmasına hesablanıb ki, Azərbaycan vətəndaşlarının dövlət hakimiyyəti orqanlarına, onun yerli strukturlarına, parlamentə etimadı, inamı artsın. İlk növbədə inklüzivlik və şəffaflıq təmin olunmalıdır.  Dövlət vətəndaş üçündür və icra qurumları da bu inamı öz fəaliyyətləri ilə doğrultmalıdırlar. Prezident İlham Əliyev bəhs olunan idarəetmə modelini təqdir etdiyini bildirərək vurğulayıb: “Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur. Hər halda azad edilmiş ərazilərdə özünü doğruldub, yəni gələcək göstərər”.

Əsas məsələ kadrlar məsələsidir

Özlüyündə idarəetmə strukturu funksional və optimal ola bilər. Lakin bu, hər şeyi həll etmir. Bu və ya digər sahədə uğur qazanılması üçün məmurların üzərinə böyük məsuliyyət düşdüyünə diqqət çəkən Prezident İlham Əliyev  xüsusi olaraq vurğulayıb ki, əsas məsələ, kadr məsələsidir. Bunun təsdiqi üçün iki nümunəyə diqqət çəkmək yerinə düşər. Biz yuxarıda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq edilən idarəetmə strukturunun səmərəliliyindən bəhs etdik. Həqiqətən də, postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə görülən böyükmiqyaslı işlər qürur doğurur. Nəzərdə tutulan işlər, layihələr dəqiqliklə və yüksək keyfiyyətlə icra edilir. Burada xüsusi nümayəndəliklərin rolu böyükdür. Eyni model Naxçıvanda da tətbiq olunur. Ancaq burada müşahidə edilən çatışmazlıqlar ciddi narahatlıq doğururdu. Ora təyin edilən kadr dövlət başçısının yüksək etimadını doğrultmayıb və buna görə də vəzifəsindən kənarlaşdırılıb. Oxşar hadisə Bakının Nəsimi rayonunda da yaşanıb. Noyabr ayında Prezident İlham Əliyev bu rayona və digər bir neçə rayona yeni təyin olunan icra başçılarını qəbul edərək onlara öz tapşırıqlarını verib. Bu tapşırıqlar ənənəvidir -  icra başçıları insanlara diqqət göstərməli, iş adamlarını incitməməli, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə aparmalı, sosial ədalət prinsipini gözləməlidirlər. Lakin Nəsimi rayonunun yeni təyin olunan icra başçısı işini bu tələblərə uyğun qurmayıb və təbii ki, dövlət başçısının imzaladığı müvafiq sərəncamla tutduğu vəzifədən azad edilib. “Mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir. Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri”, - deyə Prezident İlham Əliyev prinsipial mövqeyini bir daha diqqətə çatdırıb.

Ölkəmizdə idarəetmə və kadr islahatlarının paralel aparılması hədəflənir. Yeni idarəetmə modeli Azərbaycanın yeni baxışlarını və müasir simasını əks etdirəcək. İdarəetmənin yeni çərçivələri kadrlara öz potensiallarını göstərmələrinə, təşəbbüslərini reallaşdırmalarına imkanlar yaradacaq. Eyni zamanda, kadrların fəaliyyətinə verilən tələblər də kifayət qədər yüksəkdir və bundan sonra da belə olacaq.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Yanvar 2026 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri