Icma.az
close
up
RU
İdeal təzyiq üçün 7 SADƏ ADDIM

İdeal təzyiq üçün 7 SADƏ ADDIM

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Kardioloqlar 40 yaşdan sonra həftədə 1 dəfə olmaqla arterial təzyiqini ölçməyi tövsiyə edirlər.

Məsələ burasındadır ki, ən hiyləgər xəstəliklərdən biri olan hipertoniya simptomsuz inkişaf edir və xəstəliyin ilkin mərhələlərində insan heç bir narahatçılıq, ağrı və s. hiss etmir. Simptomlar meydana çıxdıqda isə bir çox orqanlarlar artıq zədələnmiş olur.

Saglamolun.az oxucularına istənilən yaşda ideal təzyiqə sahib olmaq üçün 7 addım təqdim edirik.

1. Meyvə və tərəvəzlərin tərkibində olan qidalı liflər damarlarımızın təmizliyini və elastikliyini qoruyur. Alimlər hər gün 5 porsiya meyvə-tərəvəz yeməyi tövsiyə edirlər (3 porsiya tərəvəz + 2 porsiya meyvə). 1 porsiya dedikdə, məsələn 1 boşqab tərəvəz salatı və ya 1 banan və ya 1 alma və ya 1 ovuc giləmeyvə nəzərdə tutulur.

2. Hər gün C vitamini ilə zəngin olan məhsuları (sitrus meyvələri, bibər, qara qarağat və s.) yemək lazımdır. C vitamini damarları tonusda saxlayır, onların cavanlığını qoruyur.

3. Kaliumun miqdarını artırın, natriumun miqdarını azaldın. Kalium ürək-damar sisteminin normal fəaliyyəti üçün ən vacib mineraldır. Kaliumla zəngin olan məhsullar - pomidor, kartof, banan, ərik, ərik qurusu, kişmiş və s.

Natriumun (əsasən duzla əldə edilir) orqanizmdə toplanması təzyiqin qalxmasına, ürəyin fəaliyyətinin pozulmasına, aritmiyalara səbəb olur. Sağlam insan gündə 5 qr-dan artıq duz istehlak etməməlidir. Hipertoniya xəstəliyi olan insanlarda duzun norması 2 dəfə azdır.

4. Amerika alimləri aşkar ediblər ki, yulaf yarmasının (gerkules) istehlakı arterial təzyiqin tənzimlənməsinə kömək edir. Hər gün 1 kəsa yulaf yarması sıyığını yeyin.

5. Balığın istehlakını artırın. Omeqa-3 və Omeqa-6 əvəzolunmaz yağlı turşularla zəngin olan balıq damarların sağlamlığını qoruyur, arterial təzyiqin tənzimlənməsinə kömək edir.

6. Hər gün kalsiumla zəngin olan məhsulları istehlak edin. Kalsium damarların divarlarını möhkəmləndirir.

7. Hər gün ən azı 30 dəqiqə ərzində orta templə açıq havada gəzin. Bu ürək-damar sistemini məşq etdirir, onu tonusda saxlayır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 07:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri