İdman Akademiyasının rəsmisi: Karyera sərgisinin tələbələr üçün faydalı olacağına inanırıq
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 14 may, AZƏRTAC
Təşkil etdiyimiz karyera sərgisinin tələbələrimiz üçün faydalı olacağına inanırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan İdman Akademiyasının Karyera inkişafı şöbəsinin müdiri Elnarə Mirzoyeva sayca yeddinci dəfə təşkil olunan karyera sərgisində jurnalistlərə açıqlamasında deyib.
O, ötənilki illərə nisbətən budəfəki sərgidə tələbələrin daha çox fəallıq göstərdiklərini bildirib: “Vakansiyaların sayı çox olduğundan tələbələrin sayında da artım müşahidə edilir. Akademiyamız idmanda məşqçilik, tibbi reabilitasiya, menecment və jurnalistika sahələri üzrə kadr hazırlığını həyata keçirir. Bu baxımdan əsas missiyamız gənc mütəxəssislərin ixtisasları üzrə işlə təmin olunmasına şərait yaratmaqdır. Azərbaycanda tələbə və məzunların öz seçimlərinə uyğun işlə təmin olunması çox vacibdir”.
Qeyd edək ki, əmək yarmarkasında ümumilikdə 49 işəgötürən tərəfindən 543 vakansiya təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 14 May 2025 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















