Icma.az
close
up
RU
İdman bürcü Astroloji PROQNOZ: 2 8 iyun

İdman bürcü Astroloji PROQNOZ: 2 8 iyun

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
Qoç
Bu həftə Qoçlarda özünə inam hissi artacaq. Yaradıcılıq və biznes sahəsində xüsusilə əlverişli zamandır. Çərşənbə axşamı və çərşənbə günü rəhbərliklə mübahisələrdən qaçın, çalışın sadə olasınız. Ancaq şəxsi həyatınızda sizi gözlənilməz bir tanışlıq gözləyir. Bir çoxlarından dəstək alacaqsınız. Həftəsonu istirahətinizə vaxt ayırın. Atçılıq, üzgüçülük, voleybol, otüstü hokkey və qaçış növlərində uğurlar gözləniləndir.
Buğa
Buğalar üçün həftənin başlanğıcı sıxıcı görünə bilər, lakin cümə axşamından etibarən məhsuldar rejim işə düşəcək. Maliyyə ilə bağlı məsələlərdə irəliləyişlər mümkündür. Borc qaytarmaq və ya uğurlu alış-veriş mümkündür. Həftə sonu əhatənizi dəyişin. Qısa səfər gözlənilir, imtina etməyin. Tennis, basketbol, həndbol, cüdo, sambo və voleybolçular üçün yaxşı başlanğıc olacaq.
Əkizlər
Bu həftə Əkizlərin uyğunlaşma qabiliyyəti əsas rol oynayacaq: hadisələr sürətlə dəyişəcək. Vəziyyətinizə təsir edəcək mühüm işgüzar görüş mümkündür. Özünüzlə dürüst olmağa çalışın - bazar ertəsi intuisiyanız gözlənilməz, lakin düzgün yol təklif edə bilər. Sevgidə ehtiyyatlı olun, bacardığınız qədər tərəf müqabilinizə qarşı nəzakətli davranasınız. Boks, stolüstü tennis, gimnastika, karate, cüdo və güləşlə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
Xərçəng
Xərçənglərdə bu həftə ailə mövzuları ön plana çıxacaq. Qohumlarla mühüm söhbətlər və ya daşınmaz əmlakla bağlı anlaşılmazlıqlar mümkündür. Qərar verməkdə tələsməyin. Karyera sferasında çərşənbə günü müqavilələr bağlamaq və ya layihəyə başlamaq üçün əlverişli zamandır. Cümə və şənbə günləri yaxın dostların əhatəsində dincəlmək üçün əlverişlidir: sizi mənəvi hərarət gözləyir. Güləş, gimnastika, üzgüçülük futbol, cüdo və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
Şir
Şirlər həftə ərzində bir çox təkliflər irəli sürəcək. Fikirləriniz ətrafınızdakılar tərəfindən dəstəklənəcək. Təqdimatlar, müsahibələr vermək üçün yaxşı vaxtdır. Amma diqqətli olmalısınız. Sevgidə bəxtiniz üzünüzə güləcək. Ürəyinizə yaxın insanla tanış olmaq mümkündür. Şənbə günü fiziki hazırlığınızı gücləndirmək üçün çox münasibdir. Güləş, karate, basketbol, futzal və minifutbol idman növlərində uğurlar qazanmaq şansı böyükdür.
Qız
Qızlar üçün həftə təhlil və planlaşdırma üçün əlverişlidir. Xüsusilə bazar ertəsi nəticə çıxarmağa tələsməyin - emosiyalar çaşdırıcı ola bilər. İşdə bir sıra narahatçılıqlar ola bilər, lakin cümə gününə qədər vəziyyət düzələcək. Səliqə-sahmanınıza düzən verməyiniz tövsiyə edilir. Subay Qızları istəklərinə uyğun tanışlıq gözləyir. Futbol, güləş, üzgüçülük, karate, boks və şahmat idman növlərində bol-bol uğurlar vəd edilir.
Tərəzi
Həftə ərzində Tərəzilər iki seçimlə üzləşə bilərlər. Bu günlər özünüzü dinləmək üçün yaxşı vaxtdır. Qarşı tərəflə münasibətlərdə anlaşılmazlıqlar ola bilər. Lakin danışıqlarla məsələni çözə bilərsiniz. Maliyyə baxımından həftə sabit olacaq və şənbə gününə yaxın əlavə gəlir üçün maraqlı təkliflər gözlənilir. Hobbinizdən əl çəkməyin - o, gəlir mənbəyinə çevrilə bilər. Aavarçəkmə, atıcılıq, qaçış, qılıncoynatma, güləş və velosiped idmanında nailiyyətlər qaçılmazdır.
Əqrəb
Əqrəblər bu həftə çaşqınlıqla üzləşə bilər. Ən çətin probleminizi həll etməyə gücünüz olacaq. Çərşənbə günü xüsusilə ciddi qərarlar və dərin söhbətlər üçün münasibdir. Köhnə tanışlarınızla görüşəcəksiniz. Bu, əvvəldən qalan bir sıra çatışmazlıqları tamamlamaq üçün bir şansdır. Bazar günü həddindən artıq gərginlikdən çəkinin. Yaşıllıqda gəzmək faydalı olacaq. Şahmat, boks, futbol, cüdo, stolüstü tennislə məşğul olanlar üçün uğurlar qaçılmazdır.
Oxatan
Həftə Oxatanlara xoşbəxt olmaq üçün səbəb verəcək. Alacağınız xəbər və ya mesaj sizi müsbət addımlar atmağa ruhlandıracaq. Öyrənmək, ətrafınızı genişləndirmək və yeni işə başlamaq üçün əlverişli zamandır. Bununla belə, xərclərinizə diqqət yetirin - impulsiv alışlar gözləntiləri doğrultmaya bilər. Şənbə günü dostlarla təbiət qoynunda görüşmək üçün idealdır. Hokkey, həndbol, voleybol, stolüstü tennis və basketbol növlərində hədsiz uğurlar gözlənilir.
Oğlaq
Oğlaqlar bu həftə son dərəcə təmkinli olmalıdırlar. Özünüzə qarşı sərt davranmayın, bu daxilən tükənmənizə səbəb ola bilər. Çərşənbə axşamı həmkarınıza və ya sevdiyinizə dəstək olmağa çalışın. Cümə günü karyera dəyişikliyi mümkündür - qətiyyətli təklif alacaqsınız. Şansınızı qaçırmayın. Voleybol, güləş, həndbol, basketbol, futzal, və atıcılıq idman növlərində uğurlar vəd olunur.
Dolça
Bu həftə baş verən hadisələr Dolçaların şəxsi həyatında bir sıra dəyişikliklərə səbəb olacaq. Lakin narahat olmağa dəyməz. Gözlənilməz qərarlar yeni imkanlar aça bilər. Sevgidə dürüst olun, xüsusən də hisslərin soyuduğunu hiss edirsinizsə. İşdə qeyri-standart tapşırıqlar ala bilərsiniz - onlara yaradıcı yanaşın. Çövkən, güləş, atletika, avarçəkmə, atıcılıq və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
Balıq
Bu həftə Balıqların xəyalları reallığa yaxınlaşacaq. Şəxsi ideyalarınızı həyata keçirmək üçün enerji artımı hiss edəcəksiniz. Yaradıcı fəaliyyətlər üçün əla vaxtdır. Boş vədlərdən, xüsusən də yeni tanışlıqlardan yayının. Maliyyə məsələlərində ehtiyatlı olmaq tələb edilir: gözlənilməz xərclər mümkündür. Cümə axşamı çox enerji səərf edəcəksiniz: daxili tarazlığınızı qorumaq üçün meditasiyaya köklənin. Gimnastika, güləş, avarçəkmə və sambo növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri