Icma.az
close
up
RU
İdman direktoru: Azərbaycan millisinin finalda zəngin basketbol ənənəsi olan Türkiyəni məğlub etməsi böyük uğurdur

İdman direktoru: Azərbaycan millisinin finalda zəngin basketbol ənənəsi olan Türkiyəni məğlub etməsi böyük uğurdur

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanması bir daha ölkədə bu idman növünün inkişaf etdiyini göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının türkiyəli idman direktoru Turqay Zeytingöz qadınlardan ibarət 3x3 basketbol millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanması barədə danışarkən deyib.

Onun sözlərinə görə, finalda basketbol ənənəsi olan Türkiyəni məğlub etmək böyük uğurdur: “Biz İslamiadadan əvvəl də yığmanın uğurlu nəticə qazanacağına inanırdıq. Məqsəd uğurlu nəticələrimizi davam etdirmək və 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarında iştirak etməkdir. Milli komanda ötən il Paris Olimpiadasına vəsiqə qazanmaqla iddialı kollektiv olduğunu sübut edib”.

Mütəxəssis 3x3 yığmasına gələcəkdə də legioner oyunçu gətirmək planlarının olduğunu bildirib: “Bizim ilk hədəfimiz yerli qızlara diqqət ayırmaq və Azərbaycan basketboluna böyük adlar qazandırmaqdır. Müxtəlif yaş qruplarından və əsas millidən 3x3-ə oyunçular cəlb edəcəyik. Lakin bir legioner basketbolçu gətirmək istəyirik. Bildiyiniz kimi, dünya basketbolunda bu cür addımlar atılır”.

Son olaraq kişi basketbolçulardan ibarət Azərbaycan millisinə yeni cəlb olunan Vesli Van Bek haqqında danışan T. Zeytingöz amerikalı oyunçunun yaxşı potensiala sahib olduğunu qeyd edib: “Hazırda həmin basketbolçu İspaniyanı Çempionlar Liqasında təmsil edən “Tenerife” klubunda çıxış edir. Bildiyiniz kimi, Dante Holl və Zaq Leday da yığmanın üzvləridir. Lakin Avroliqadakı oyunlara görə həmin basketbolçular bizə kömək edə bilməyəcəklər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri