İdman jurnalistləri Səhər İdmanı təşəbbüsünə qoşularaq idman ediblər FOTO
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Sentyabrın 4-də idman jurnalistləri Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” təşəbbüsünə qoşularaq idman edərək sağlam həyata çağırış ediblər. SİA-nın əməkdaşının verdiyi məlumata görə, "Dədə Qorqud" parkında toplaşan media nümayəndələri günə gimnastika ilə başlayıblar. Onlarla birlikdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman səfirləri, idman veteranları və gənclər də səhər idmanına qoşulublar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq üçün bu günlərdə yeni bir təşəbbüsə start verib. Nazirliyin “Sağlam həyat” layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftəiçi 6 gün, səhər saat 7-dən 8-dək səhər məşqləri keçirilir. Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır.


