Icma.az
close
up
RU
İdman müəllimləri də sertifikasiyadan keçirləcək

İdman müəllimləri də sertifikasiyadan keçirləcək

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, orta məktəb müəllimlərinin sertifikatlaşdırılmasının ardınca musiqi müəllimlərinin də  attestasiyası başlanıb. Burada məqsəd müəllimlərin bilik və bacarıqlarını yoxlamaq, müasir təhsil sisteminə uyğunlaşmasına şərait yaratmaqdır. İddialara görə, yaxın zamanlarda idman klublarında fəaliyyət göstərən müəllimlərin də attestasiyası prosesinə başlanması gözlənilir.

Modern.az mövzu ilə bağlı Milli Məclisin deputatı Asif Əsgərovla həmsöhbət olub.

Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin İdman təhsili sektoru tez-tez rayonlarda və paytaxtda müvafiq yoxlamalar aparır:

“Bu yoxlamalar KİV-lərdə yayımlanmasa da, birbaşa nəzarət aparılır. Ona görə də, paytaxt və rayonlarda bir çox məktəblərin bağlanması, qrupların ləğv olunması tələb olunan meyarlara uyğun gəlməməsi ilə bağlıdır. Amma yəqin ki, Gənclər və İdman Nazirliyi də bununla bağlı öz işlərini görür, əgər bu yoxlamalar sertifikasiya və attestasiya şəklində olacaqsa, yəqin ki, bu barədə ictimaiyyətə də məlumat veriləcək”.

Deputat bildirib ki, bütün idman məktəblərinin yoxlanılması Gənclər və İdman Nazirliyinin funksiyasına aiddir:

“Hətta əvvəllər digər nazirliklərin nəzdində olan idman məktəblərində belə yoxlamalar aparılırdı. İdman sahəsinə cavabdeh olan Gənclər və İdman Nazirliyidir. İndi də belə araşdırmalar gedir, yuxarıda qeyd etdiyim sektorun əməkdaşları məktəblərdə yoxlamalar aparırlar. Məşq keçən idmançıların hamısı İdman Akademiyasını bitirirlər. Onların diplomları ilə yanaşı, işləmək üçün hüquqi səlahiyyəti olmalıdır”.

“Bu gün Cüdo Federasiyası öz məşqçilərinin fəaliyyətinin davam etdirilməsi üçün müəyyən yoxlamalar keçirir. Onlar federasiyanın razılığına əsasən faəliyyətlərini davam etdirirlər. Eyni zamanda federasiyanın nəzdində də Cüdo Akademiyası faəliyyət göstərir. Həmin məşqçilər tez-tez attestasiyalara dəvət olunur, yeni çıxan qaydaların tətbiq olunması üçün birbaşa işlər aparılır, onlara tövsiyələr verilir. Bu əlbəttə ki, lazımdır. Ola bilər ki, müəllim İdman Akademiyasını bitirsin, amma biliklər müəyyən müddət sonra onun yadından çıxsın, yenilikləri özündə ehtiva etməsin. Ona görə də belə sertifikasiya və attestasiyaların keçirilməsi lazımdır”, - deputat qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 May 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri