Icma.az
close
up
RU
İdmançımızın Parisdə qazandığı medalın son halı FOTO

İdmançımızın Parisdə qazandığı medalın son halı FOTO

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları qazandıqları medalları geri qaytarmağa başlayıblar.

Artıq 100-dən çox medal turnirin Təşkilat Komitəsinə göndərilib. Buna medalların keyfiyyətini itirməsi səbəb olub.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, problem Azərbaycan idmançılarından da yan keçməyib.

Belə ki, Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo üzrə gümüş mükafatçısı Qaşım Maqomedov da eyni problemlə üzləşib.

O, medalının keyfiyyətini itirdiyini bildirib: "Medalı qazandığım andan ona çox həssas yanaşırdım. Bu müddət ərzində onu xüsusi çantada saxlayırdım. Təxminən iki ay çantada saxladım. Arada ona baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına gələndə düşündüm ki, ehtiyat üçün özümlə götürüm. Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasının hansısa tədbirində lazım olar deyə, onu özümlə götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb. Başa düşə bilmirəm, niyə? Medalıma həmişə həssas yanaşmışam. Amma mən də bir çox idmançı kimi pis keyfiyyətlə qarşılaşdım".

Məsələ ilə bağlı Milli Olimpiya Komitəsi ilə əlaqə saxlanılıb.

Qurumdan sayta bildirilib ki, hadisə ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət ediləcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Yanvar 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri