Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər MƏQALƏ AZƏRTAC

İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər MƏQALƏ AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsanların idrakının, zehninin milli-mənəvi dəyərlərə bağlılığının qorunmasının açarı həmrəylikdədir

Bakı, 22 yanvar, AZƏRTAC

Ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov və tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarova “İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər” adlı növbəti məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.

İdrak savaşları - “Koqnitiv müharibələr” (KM) NATO tərəfindən 2020-ci ildən başlayaraq metod və termin olaraq hərbi doktrinalarda, eləcə də dünyada baş verən münaqişələrdə geniş istifadə olunur. Bu tip əməliyyatlar psixoloji təsir mexanizmlərinin, informasiya müharibələrinin tərkib hissəsidir.

Tarixə nəzər saldıqda görürük ki, idrak savaşlarına aid edilə biləcək tədbirlər əməliyyat planında nəzərdə tutulmasa da, sistematik xarakter daşımasa da, zərurət yarandıqda döyüşün bəzi məqamlarında rəqibə təsir məqsədilə uğurla tətbiq edilir və yüksək nəticələr əldə olunur. Bu növ əməliyyatlar qarşı tərəfi ruhən və mənəvi cəhətdən sarsıtmaq, döyüşçülərin qəlbinə qorxu salmaq, qələbə əzmini zəiflədərək inamsızlıq hissi yaratmaq üçün aparılır. Psixoloji təsir məqsədilə döyüşdən öncə, yaxud döyüşün gedişində müxtəlif metodlardan istifadə edildiyi barədə müharibələr tarixində çoxlu sayda nümunələr mövcuddur.

Müasir dövrdə isə ən yeni forma və metodları özündə cəmləşdirən koqnitiv təsirli əməliyyatlar əvvəlcədən düşünülmüş, planlı şəkildə qısa və uzunmüddətli məqsədlər üçün icra edilir. Elmi əsaslarla həyata keçirilən bu tip əməliyyatların başlıca məqsədi yalnız döyüşçülərin deyil, rəqib dövlətin bütün əhalisinin beynini, zehnini kompüter sistemi kimi sındırmaq və insan idrakının əməliyyatda qarşıya qoyulan məqsədlərə uyğun formaya gətirilməsi üçün beyinlərə “virus” yerləşdirməkdən ibarətdir. Bu da ölkənin demoqrafik quruluşunu çökdürmək məqsədi daşıyır.

Müasir koqnitiv müharibələrin metodları sırasına xarakterik xüsusiyyəti rəqib tərəfin fərdi və kollektiv psixikasına, atacağı addımların yönləndirilməsinə, məlumatı düzgün qavramaq qabiliyyətinə təsir üsulları daxildir. Dolayı yollarla fiziki cəhətdən öldürücü olmayan, təlqin, təşviq, sövqetmə, məcburetmə metodları ön plana çəkilir. Yumşaq qeyri-fiziki güc, iqtisadi sanksiyalar, cəmiyyəti parçalayaraq istənilən səmtə yönləndirilməsi, “müxalif” qüvvələrə maliyyə, silah-sursat, informasiya dəstəyi, “qara piar yönümlü” təbliğatın aparılması, informasiya qarşıdurmaların yaradılması - məhz bütün bunlar sərt hərbi güc alətləri ilə birlikdə tətbiq edildikdə müasir silahlı münaqişələrin mahiyyətini, məqsədini, sürətini, intensivliyini müəyyən edir. Buna misal olaraq son illər Kosovoda, Afrika ölkələrində, İraqda və Suriyada baş verən münaqişələri misal göstərmək olar.

Koqnitiv müharibə metodları son 20 il ərzində geniş istifadə olunsa da, böyük mənada bu, daha çox gələcəyin fenomenidir. Əvvəlki məqalədə də qeyd etdiyimiz kimi, transmilli aktorlar tərəfindən bu sahədən olan layihələrin tərəqqisinə, strateji və hərbi məqsədlərdə tətbiqinə yönəlmiş layihələrə böyük səxavətlə investisiyalar qoyulur, milyardlarla vəsait xərclənir. Ötən məqalədə yaxın və orta perspektivlərdən bəhs etmişdik. Baş verən proseslər onu deməyə əsas verir ki, koqnitiv müharibələr əməliyyatlarının gələcək perspektivlərində qarşıya qoyulan məqsədlər daha uzunmüddətli olacaq. İnsan zehni, beyinlər uğrunda döyüşlər bir neçə ili, hətta onillikləri əhatə edəcək və mütləq planlı şəkildə, fasiləsiz həyata keçiriləcək. Çünki insan beyninə yürüdülən dağıdıcı həmlələr səngisə, müsbət təsirlər nəticəsində insan baş verənlərə daha şüurlu yanaşacaq və hadisələrin əsl mahiyyətini anlayacaq. Odur ki, müsbət müdaxilələr nəticəsində insan beyninin özünübərpa xüsusiyyətlərini nəzərə alan düşmən qüvvələrin uzunmüddətli perspektivləri hədəf seçdiyi koqnitiv əməliyyatlar fasiləsiz olaraq həyata keçirilir və məqsədə tam nail olunmayınca dayandırılmır.

Koqnitiv müharibələr əməliyyatının təsiri nəticəsində insan qədim zamanlardan tətbiq edilən manqurtlaşma xüsusiyyəti qazanır və bu səbəbdən ətraf mühitlə bütün insani bağlar qopur, zehnin müsbət xüsusiyyətləri tamamilə silinir. Həmin manqurt-zombi əsla heç kimlə (valideyn, qohum-əqrəba, milli-mənəvi dəyərlər, cəmiyyət, dövlətin qanunları və xalqın əxlaqi prinsipləri ilə) hesablaşmır, yalnız “ağasının” verdiyi istiqamət və meyarlar üzrə hərəkət edir. Bu zəhərli manipulyasiyalara məruz qalmış beyinlər yüz illər boyu kök salmış əxlaqi dəyərləri, mənəvi qanunları belə unudur və zaman keçdikcə zehinləri zəhərlənmiş həmin adamlar tarixin yazdığı bütün şərəf kodekslərini belə heçə sayan davranışların sərgilənməsini normal hesab edəcəklər.

Əminliklə qeyd edə bilərik ki, sürətli şəkildə inkişaf etdirilən “Beyinlər uğrunda müharibə” növbəti yüzilliklərdəki münaqişələrdə məqsədlərə nailolma yollarının prioritet istiqamətlərindən biri olacaq. Yaranmış bu vəziyyət haqq-ədalət naminə həmrəy olmağı, beynəlxalq və milli hüquq normalarına, müharibə qanunlarına, sosial nəzarət metodlarına, hərbi əməliyyatların idarə edilməsi və aparılması ilə bağlı bir sıra əsas normativlərə, direktivlərə, ideyalara təcili olaraq, vaxt itirmədən yenidən baxılmasını, köklü dəyişikliklər edilməsini tələb edir.

Sevindirici haldır ki, ölkəmizdə ideoloji təhlükəsizlik, hibrid təhdidlərə hazırlıq, kibermüdafiə sayəsində böyük işlər görülür və artıq əhəmiyyətli uğurlarımız da var. Yerli kompüter proqramlarının və innovasiya texnologiyalarının inkişafı ilə bağlı nəhəng layihələr icra olunur və onların vasitəsilə ölkəmizin mənafeyinə uyğun təbliğat, təşviqat işləri həyata keçirilir. Misal olaraq, elektron hökumət portalı, “ASAN xidmət” və bir çox fəaliyyət sahələrinin rəqəmsallaşmasını və onlar üzərindən paylaşılan reklam çarxlarının və təbliğat videolarının xalqımızın adət-ənənələrinə bağlılığını göstərmək olar.

Bu mövzuya xüsusi diqqət ayırmağımıza səbəb manipulyasiyalar vasitəsilə həyata keçirilən idrak savaşı əməliyyatları sayəsində müəyyən vaxtdan sonra atdığı addımın fərqinə varmayan, qoşulduğu prosesin nəticəsini, fəsadlarını düşünməyən (düşünməyi bacarmayan, yaxud da düşünmək istəməyən), ruhi rahatlıqdan çox yalnız şəxsi maddi-fiziki rahatlığını, mənfəətini düşünən yeni şəxsiyyətin formalaşdırılması perspektivi olduqca yüksəkdir.

Beyin mərkəzlərindən idarə olunan manipulyasiyalar rasional, müsbət faktorlarla yenicə tanınmağa başlayan, inkişafa qədəm qoymuş, yaxud uzunmüddətli perspektivi olan, iqtisadi yüksəlişdə uğurlar əldə etmiş müstəqil şirkətlərin, ölkələrin özlərinin maraqlarına uyğun deyil, ancaq transmilli oyunçuların, yaxud rəqib dövlətlərin maraqlarına uyğun təbliğinə və təşviqinə böyük dəstək olur. Manipulyasiyalar sayəsində qiymətləndirmələr həyata keçirilir, lazımi əhvali-ruhiyyə yaradılır, həmçinin bir hadisə və ya şəxs haqqında ziyanverici mənfi fikirlər dolayısı yollarla fərdlərə, insan qruplarına və bütövlükdə cəmiyyətə sistemli şəkildə təqdim edilir. Nəticədə zehinlərə yeridilən fikirlərin böyük insan toplumu tərəfindən düşünülmədən, mahiyyəti, nəticəsi, yarada biləcəyi fəsadlar dərk edilmədən qəbul edilməsinə nail olmaq mümkün olur.

Sosial şəbəkələr vasitəsilə paylaşımlar və xəbərlərin mübadiləsinin çoxşaxəliyi, paylaşım tempi, məlumatların sürətli axını izləyiciləri ani şəkildə reaksiya verməyə vadar edir. Beləliklə, “sürətli düşünmə” (refleksiv, emosional reaksiya) mexanizmi işə salınır. İnformasiyaların sürəti qarşısında təslim olan insanlara “yavaş düşünməyə”, yəni, daha rasional düşüncəli olmağa, təhlillər aparmağa, götür-qoy etməyə, “yüz ölçüb, bir biçib” hərəkət etməyə, “asta olan usta olar” amilinə nail olmağa, sözün əsl mənasında, imkan qalmır.

Fikrimizcə, dünya səviyyəsində mümkün olmasa da, beynəlxalq qurumlar, alyanslar, təşkilatlar, forumlar çərçivəsində “super güclərin” yürütdüyü koqnitiv müharibələrin təsirindən qorunmaq üçün təxirəsalınmaz təsirli tədbirlərin görülməsi mümkündür. Bu məsələdə, yəni, insanların idrakının, zehninin milli-mənəvi dəyərlərə bağlılığının qorunmasında ən böyük yük məhz dövlətin və onun nəzarətində olan təbliğat-təşviqat qurumlarının üzərinə düşür. Lakin bu tədbirlərin uğur qazanmasının açarı həmrəylikdədir. Cəmiyyətin bütün təbəqələri səfərbər olmalı, birlikdə, qarşılıqlı əlaqədə fəaliyyət üçün səmərəli kommunikasiya təmin edilməlidir. Həmçinin söz, mətbuat, iradə azadlığı, demokratiya, plüralizm kimi dünyəvi dəyərlərin arxasında gizlənməklə xaricdən alınan maliyyə vəsaitləri sayəsində fəaliyyət göstərən, düşmən dəyirmanına su tökməyə çalışan, xalqın mənafeyinə, dövlətin maraqlarına zidd addımlar atmağa can atan “müstəqil” strukturların da özbaşınalığına göz yumulmamalıdır. Hesab edirik ki, ölkədə fəaliyyət göstərən “beynəlxalq demokratiya institutlarının”, QHT-lərin fəaliyyətini tənzimləyən hüquqi-normativ aktlar müasir dövrün tələb və təhdidlərinə müvafiq olaraq, eləcə də ölkənin milli, strateji və təhlükəsizlik maraqları nəzərə alınmaqla daima təkmilləşdirilməlidir.

Düşünürük ki, dövlətlərin apardığı düzgün informasiya siyasəti, müsbət aspektlərlə zəngin təbliğat kampaniyaları hər bir xalqın genetik mənbələrini dərindən dərk etməsinə, öz tarixi köklərinə, mentalitetinə bağlılığını, milli-mənəvi dəyərlərə sevgisini təmin etməklə, tətbiq olunan ziyanlı informasiya axını ilə üz-üzə gələn insanlara böyük dəstək olacaq. Bu sahədə müsbət nəticələri əldə etmiş ölkələrin təcrübəsi dəyərləndirilməli və qarşılıqlı təcrübə mübadiləsi təmin olunmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri