İƏT in baş katibi: Şuşanı dünyaya tanıdacağıq
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi aprelin 27-də Şuşa şəhərində “Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətləri iştirak ediblər.
Mərasim çərçivəsində jurnalistlərə açıqlama verən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan Şuşanın beynəlxalq turizm xəritəsindəki artan rolunu və regionun turizm potensialını yüksək qiymətləndirib.
Əsəd Xan Şuşaya ikinci dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək bildirib ki, şəhərin turizm paytaxtı seçilməsi regionda turizmin təşviqi istiqamətində atılan strateji addımlardan biridir.
Baş katib qeyd edib ki, bu status çərçivəsində İƏT Azərbaycan hökuməti və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edərək, Şuşanın təbiətini, mədəniyyətini və tarixi irsini dünyaya nümayiş etdirmək üçün silsilə tədbirlər həyata keçirəcək.
Bu arada Dövlət Turizm Agentliyindən verilən məlumata görə, 2026-cı il ərzində Şuşada üzv ölkələrin turizm sənayesi və media nümayəndələrinin iştirakı ilə müxtəlif görüşlər, nazirlər səviyyəsində toplantılar və digər genişmiqyaslı tədbirlər planlaşdırılır.
Xatırladaq ki, Şuşa şəhəri 2023-cü ildə Ərdəbildə keçirilən İƏT nazirlərinin iclasında 2026-cı il üçün təşkilatın turizm paytaxtı seçilib. Təşkilatın rotasiya planına əsasən, 2027-ci ildə bu statusu Pakistanın Lahor şəhəri daşıyacaq.
S. Həsənova
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:İƏT in baş katibi: Şuşanı dünyaya tanıdacağıq VIDEO
28 Aprel 2026 18:15
Mən Şuşanı aımağa gedirəm
13 Mart 2025 21:21
Şuşanı belə gəzdilər Video
02 May 2026 11:14
Şuşanı zibilləyənlərə qarşı tədbirlər görüldü
26 İyul 2025 18:05
Cəlil Məlikov: Şuşanı yaşamaq lazımdır
28 Aprel 2026 09:02
Baxış sayı:106
Bu xəbər 27 Aprel 2026 21:50 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları