Icma.az
close
up
RU
İƏT in jurnalının növbəti nömrəsində ICESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti barədə məqalə dərc olunub

İƏT in jurnalının növbəti nömrəsində ICESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti barədə məqalə dərc olunub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədəki katibliyinin dərc etdirdiyi ”OIC” jurnalın növbəti nömrəsində 2025-ci ildə təşkilata üzv ölkələrdə həyata keçirilən tədbirlər, müxtəlif görüşlər, o cümlədən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) xətti ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni işğalçıları tərəfindən dağıdılmış tarix-mədəniyyət abidələrinin vəziyyətinin yoxlanılması üzrə missiya barədə məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ICESCO-nun Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə Qarabağa ikinci texniki sahə missiyası göndərdiyi diqqətə çatdırılır, həmçinin “İslam dünyasında münaqişədən sonrakı dövrdə irsin idarə edilməsi” proqramı çərçivəsində mədəni, dini abidələrin qorunub saxlanılması vəziyyətini qiymətləndirmək istiqamətində görülən işlər barədə məlumat verilir.

Jurnalın məqaləsində vurğulanır ki, missiya 2025-ci il aprelin 18-dən 30-dək Azərbaycanda olduğu müddətdə 10 bölgədə 75 irs abidəsini ziyarət edib. Bu irs nümunələri sırasında məscidlər, kilsələr, muzeylər, tarixi abidələr, arxeoloji sahələr, qəbiristanlıqlar, ziyarətgahlar, görkəmli mədəniyyət xadimlərinin evləri, inzibati binalar və kollektiv yaddaşla əlaqəli digər məkanlar olub. Missiya onları sənədləşdirib, fotoşəkillər və videolar, habelə şahid ifadələrindən ibarət məlumat bazası yaratmaq üçün fəaliyyətə başlayıb.

Materialda diqqətə çatdırılıb ki, missiya arxeologiya, memarlıq və mədəni irsin idarə edilməsi üzrə İraq, İtaliya və İspaniyanı təmsil edən dörd müstəqil beynəlxalq ekspertdən ibarət olub. Bu mütəxəssislərin hər biri 20 ildən artıq təcrübəyə və zəngin elmi biliklərə malikdir. Missiyaya Romada yerləşən Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Vebber Ndoro rəhbərlik edirdi. Ekspert qrupu, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmiləri, Qarabağ bölgəsində yerli hakimiyyət orqanlarının nümayəndələri ilə koordinasiya görüşləri keçirib. Bu görüşlərdə təcrübə mübadiləsi aparılıb və missiyanın əhatə dairəsini genişləndirmək üzrə sahə məlumatlarının toplanması müzakirə edilib. Missiya üzvlərinə vacib materiallar, arxiv sənədləri, irs abidələrinin pasportları, inventar kartları, arxiv fotoşəkilləri və texniki təsvirlər təqdim olunub. Mütəxəssislərdən ibarət komanda onların əsasında və apardıqları müşahidələrin nəticəsi olaraq yekun hesabat hazırlayır.

Məqalədə qeyd edilir ki, hesabatda miqyası vurğulanacaq ermənilər tərəfindən vurulmuş maddi və qeyri-maddi ziyan, dağıdılmış irs abidləri, talan halları və digər məsələlər yer alacaq. Bu səy Azərbaycanın öz milli irsini tam bərpa etmək və qorumaq, onu gələcək nəsillərə miras qoymaq təşəbbüslərini dəstəkləmək məqsədi daşıyır.

Materialın sonunda Azərbaycan Prezidenti İlham Əliyevin ICESCO-nun təşəbbüslərinə, proqramlarına və layihələrinə dəstəyi vurğulanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri