Icma.az
close
up
RU
İƏT in kommersiya və xarici ticarət nazirlərinin 5 ci iclasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

İƏT in kommersiya və xarici ticarət nazirlərinin 5 ci iclasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadiyyat nazirinin müavini Türkiyədə İƏT kommersiya və xarici ticarət nazirlərinin 5-ci iclasında, 11-ci Dünya Halal Sammiti və 10-cu “Halal Expo 2025” Beynəlxalq Ticarət Sərgisində iştirak edib.

Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) kommersiya və xarici ticarət nazirlərinin 5-ci iclası keçirilib.

XQ xəbər verir ki, iclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev İƏT-in üzv ölkələr arasında ticarət, investisiya, sənaye və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb. Ölkəmizdə formalaşmış əlverişli investisiya mühiti, rəqəmsal ticarətin təşviqi, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi və yeni ticarət marşrutlarının formalaşdırılması istiqamətində görülən işlər barədə iclas iştirakçılarına məlumat verilib. İƏT məkanında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların stimullaşdırılması və biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsinin iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

İclasda İƏT regionunda iqtisadi inteqrasiyanın möhkəmləndirilməsi və regional ticarət dövriyyəsinin artırılması istiqamətində müzakirələr aparılıb. Üzv ölkələr arasında ticarət və gömrük əməkdaşlığının genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, həmçinin məlumat mübadiləsinin təşviq olunmasının əhəmiyyəti qeyd olunub. Regiondaxili ticarət həcminin artırılması və ticarət maneələrinin azaldılması məqsədilə yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.  

İclasda İstanbul Bəyannaməsi, İƏT-in Ticarətin Asanlaşdırılması Strategiyası qəbul edilib, İƏT çərçivəsində fəaliyyət istiqamətləri müzakirə olunub.  

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev səfər çərçivəsində həmçinin, İstanbul şəhərində Türkiyənin Ticarət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı (OIC) və İslam Ölkələri Standartlar və Metrologiya İnstitutunun (SMIIC) dəstəyi ilə həyata keçirilən 11-ci Dünya Halal Sammiti və 10-cu “Halal Expo 2025” Beynəlxalq Ticarət Sərgisində iştirak edib, Azərbaycanın sərgidəki stendinə baxış keçirilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri