İƏT İsrailə qarşı qərar verdi: açıqlanası deyil Fidan
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qətərdə keçirilən ərəb və müsəlman liderlərinin fövqəladə sammitində mətbuata açıqlanmayan qərarlar verilib.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan “MBC Misir”ə açıqlamasında deyib.
“Sammitdə dərc edilmiş bəyannamə ilə yanaşı, liderlərin pərdə arxasında keçirdiyi ikitərəfli görüşlərdə İsrailə qarşı daha bir çox ortaq qərarlar qəbul edildi. Lakin bu qərarlar mətbuatda yer almadı”, - deyə nazir bildirib.
Qeyd edək ki, sentyabrın 9-u İsrail Dohada HƏMAS rəsmilərinə qarşı sui-qəsd cəhdi edib, hücum nəticəsində 6 nəfər ölüb.
Buna cavab olaraq Qətərin paytaxtı Dohada Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərinin 14-15 sentyabr tarixlərində növbədənkənar iclası və sammiti keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 19 Sentyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















