Icma.az
close
up
RU
“İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası 2025” layihəsinin növbəti mərhələsinə başlanılıb

“İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası 2025” layihəsinin növbəti mərhələsinə başlanılıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 20 oktyabr, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə tərəfdaşlığı ilə həyata keçirilən “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin növbəti mərhələsinə başlanılıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “İslam sivilizasiyası dünyaya nə verdi?” mövzusunda çıxış edərək İslam dininin tarixi inkişaf yolundan, islam alimlərinin dünya elmlərinin formalaşmasına verdiyi mühüm töhfələrdən danışıb. O, həmçinin hüquqi dövlət sisteminin mahiyyəti, İslam dünyasında dövlətçilik ənənələrinin yaranması və bu prosesin sürətli inkişafına təsir edən əsas amillərlə bağlı fikirlərini tələbələrlə bölüşüb.

Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov “Beynəlxalq təşkilatların beynəlxalq münasibətlərdə rolu, Qırğızıstan Respublikasının xarici siyasət prioritetləri və Azərbaycanla münasibətləri” mövzusunda çıxış edib. O, beynəlxalq təşkilatların yaranma tarixi və inkişaf mərhələlərindən bəhs edərək, xüsusilə BMT, UNESCO və İƏT kimi qurumların qlobal sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin edilməsində oynadığı mühüm roldan söz açıb. Səfir, həmçinin bu təşkilatların beynəlxalq əməkdaşlığın möhkəmlənməsi, regional balansın qorunması və dövlətlərarası münasibətlərin tənzimlənməsindəki töhfələrinə toxunub.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, İƏT Modeli proqramının əsas məqsədi İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə qazanmasına kömək etməkdir.

Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə İƏT-ə 40-dan artıq üzv ölkə nümayəndəsinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı layiqincə təmsil ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri