Icma.az
close
up
RU
BDU da “İƏT Beynəlxalq Münasibətlər Akademiyası 2025” layihəsinin açılış mərasimi keçirilib

BDU da “İƏT Beynəlxalq Münasibətlər Akademiyası 2025” layihəsinin açılış mərasimi keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “İƏT Beynəlxalq Münasibətlər Akademiyası – 2025” layihəsinin açılış mərasimi keçirilib.

Universitetdən AZƏRTAC- bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏTGF Avrasiya Regional Mərkəzi), Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə tərəfdaşlığı ilə həyata keçirilən layihədə iştirak etmək üçün 15-dən artıq ali təhsil müəssisəsindən 600-dən çox gənc müraciət edib. Onların arasından mövzuya uyğun bilikləri və xarici dil bacarıqları ilə fərqlənən 100 gənc seçilib.

BDU-da keçirilən açılış mərasimində universitetin rektoru Elçin Babayev, İƏTGF Avrasiya Regional Mərkəzi İdarə Heyətinin sədri Elçin Əsgərov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov çıxış ediblər. Çıxışlarda İƏT Modeli layihəsinin əhəmiyyəti, onun İslam ölkələrinin gəncliyinin inkişafındakı rolu, Azərbaycan gənclərinin dünya arenasında təmsilçiliyinə verdiyi töhfələr vurğulanıb.

Sonra Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri Məhəmməd Adil Embarş “Qlobal məsələlərdə beynəlxalq təşkilatların rolu: Mərakeşin xarici siyasət prioritetləri və Azərbaycanla əlaqələr” mövzusunda çıxış edib.

Qeyd edək ki, 6 həftə ərzində davam edəcək İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası çərçivəsində İƏT ölkələrini Azərbaycanda təmsil edən diplomatik missiya rəhbərlərinin, azərbaycanlı rəsmilərin və sahə üzrə ekspertlərin beynəlxalq münasibətlər, dövlət quruculuğu, İslam sivilizasiyası, İƏT-in dünyada rolu, milli dövlətçiliyin əsasları və digər aktual mövzular üzrə məruzələri dinləniləcək.

Bununla yanaşı, layihə çərçivəsində Azərbaycanın 5 ali təhsil müəssisəsində müxtəlif İƏT ölkələrini təmsil edən Xarici İşlər nazirliklərinin, yekun mərhələdə İƏT Xarici İşlər Nazirləri toplantısının simulyasiya konfransları keçiriləcək. Simulyasiya konfransında münsiflər heyətinin qərarı ilə xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçilən tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclər təşkilatları rəhbərləri və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahələrində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə İƏT-ə üzv olan 40-dan artıq ölkə nümayəndəsinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında Azərbaycanı layiqli şəkildə təmsil ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see582

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see313

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see302

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see254

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see193

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see183

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri