Icma.az
close
up
RU
İƏT Turizm Nazirlərinin Şuşa görüşü

İƏT Turizm Nazirlərinin Şuşa görüşü

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Aprelin 29-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 7-ci görüşü keçirilib.

“Şuşa – İƏT-in Turizm Paytaxtı 2026” çərçivəsində təşkil olunan görüşdə üzv dövlətlərin turizm nazirləri və nümayəndə heyətləri iştirak ediblər.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında İƏT tədbirlərinin Şuşada keçirilməsinin xüsusi simvolik əhəmiyyət daşıdığını və şəhərin zəngin mədəni-tarixi irsi ilə Azərbaycanın aparıcı turizm istiqamətlərindən biri kimi seçildiyini qeyd edib.

Fuad Nağıyev vurğulayıb ki, Azərbaycana səfər edən turistlərin mühüm hissəsi İƏT ölkələrinin payına düşür və bu maraq ölkələr arasında mövcud olan ortaq tarixi, mədəni və etnik bağlardan qaynaqlanır.

İƏT Baş katibi Əsəd Məcid Xan çıxışında qeyd edib ki, regional turizmin inkişafı üçün dayanıqlı yanaşmaların tətbiqi, turizm təhsili üzrə əməkdaşlığın genişləndirilməsi, özəl sektorun prosesə daha fəal cəlb olunması və birgə təşəbbüslərin həyata keçirilməsi vacibdir. O, bu istiqamətdə atılan addımların üzv dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, turizm potensialının daha səmərəli reallaşdırılmasına və sektorun dayanıqlı inkişafına xidmət edəcəyini bildirib.

Tədbir zamanı aparılan müzakirələrdə turizmin şaxələndirilməsi, ekoturizmin təşviqi, regional marşrutların inkişafı və üzv ölkələr arasında birgə təşəbbüslərin irəli sürülməsi məsələlərinə toxunulub.

Görüş çərçivəsində Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclasının nəticələri təqdim olunaraq təsdiqlənib. Bununla yanaşı, ekoturizm üzrə qabaqcıl təcrübələri əks etdirən toplu və turizmin şaxələndirilməsinə dair siyasət sənədi təqdim edilib.

Tədbirin əsas nəticələrindən biri olaraq üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın gələcək prioritetlərini müəyyən edən Şuşa Bəyannaməsi qəbul olunub.

Görüşdə Qazaxıstanın Aktau şəhəri 2030-cu il üçün İƏT-in Turizm Paytaxtı seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2026 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri