Icma.az
close
up
RU
IFC Azərbaycana maliyyə dəstəyini artıracaq

IFC Azərbaycana maliyyə dəstəyini artıracaq

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qurum son 30 ildə ölkəmizə 800 milyon dollar sərmayə yatırıb

Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) yaxın 5 ildə Azərbaycan üzrə maliyyələşdirməni 200-500 milyon ABŞ dollarına çatdıra bilər. Bu barədə bankdan məlumat verilib.

Bildirilib ki, Beynəlxalq Maliyyə Korporasiyası həmçinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlıq edir. Fond IFC-nin Aktivlərin İdarəedilməsi Şirkətinin öhdəliyində olan 3 fonda 350 milyon dollar sərmayə qoymaq barədə öhdəlik götürüb. Bundan əlavə, tərəflər yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər.

Ötən müddətdə ölkəmizdə 7 layihə icra edən IFC, həm də “Access Bank” QSC və “Bank Respublika” ASC-nin nizamnamə kapitalında pay sahibidir. Korporasiyanın maliyyələşdirdiyi layihələrin ümumi dəyəri isə 47 milyon dollar təşkil edir. Bununla yanaşı, IFC Dünya Bankının struktur bölmələri olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi ilə birlikdə Azərbaycanda bərpaolunan enerji, nəqliyyat, maliyyə, su ehtiyatları (duzsuzlaşdırma daxil olmaqla), rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, mobillik və Orta Dəhlizin inkişafı kimi sahələrdə fəaliyyət göstərmək üçün investisiya və konsultasiya imkanlarının axtarışını da davam etdirəcək.

Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi öz növbəsində, Dünya Bankı qrupunun zəmanət platforması vasitəsilə enerji, su resursları, şəhər nəqliyyatı və Orta Dəhliz infrastrukturu sahələrində Azərbaycan hökumətini və dövlət müəssisələrini dəstəkləmək niyyətindədir. Bütövlükdə isə, yaxın 5 ildə Beynəlxalq Maliyyə Korporasiyası və Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi əlaqələndirilmiş, mərhələli və qarşılıqlı əlaqəli investisiyalardan istifadə edərək enerji və su təchizatı üzrə birgə proqramlar yaradılmasına xüsusi diqqət yetirməyi planlaşdırır. Korporasiya özəl sektorla fəal şəkildə əməkdaşlıq edərək maliyyələşdirmə, dövlət – özəl tərəfdaşlığı, birbaşa xarici investisiyaların cəlb edilməsi və digər dəstək formaları vasitəsilə islahatlar imkanlarından maksimum yararlanmağa kömək edəcək.

Qeyd edək ki, Beynəlxalq Maliyyə Korporasiyası son 30 ildə 60-dan çox layihənin maliyyələşdirilməsi üçün Azərbaycana 800 milyon ABŞ dollarından çox sərmayə yatırıb. IFC-nin kapitalında ölkənin payı 0,12 faiz təşkil edir (28 min 852 səhm), hökumət bu səhmlərə abunə yazılışı üçün indiyədək 21 milyon 516 min ABŞ dolları ödəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Mart 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri