İFF dəki fəaliyyətini dayandırdı
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliya Futbol Federasiyasının (İFF) texniki direktoru Paolo Maldini vəzifələrindən ayrılıb.
"Football-plus.az" xəbər verir ki, Müşaviri Leonardo da onun kimi addım atıb.
Maldini ilə Leonardonun bu qərarı verməsinə İFF-nin prezidenti Covanni Malaqonun Andrea Pirlonun yığmanın baş məşqçisi təyin olunmasına qarşı çıxması səbəb olub. Federasiyanın rəhbəri Pirlonun Rusiya bukmeker şirkəti ilə əlaqəsini əsas gətirərək onun namizədliyini təsdiqləməyib. Maldini və Leonardo isə milli komandaya yalnız Pirlonun baş məşqçi təyin olunmasını istəyiblər. Bu səbəbdən onlar təyinatlarından cəmi 10 gün sonra layihəni tərk etmək qərarına gəliblər.
Bir neçə gün əvvəl Pirlonun milli komandanın baş məşqçi postuna əsas namizəd olduğu bildirilsə də, onun namizədliyi məlum səbəbdən rədd edilmişdi. Pirlo özü də artıq yığmanın baş məşqçi postuna namizəd olmadığını açıqlamışdı.
Baxış sayı:113
Bu xəbər 30 İyul 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















