Icma.az
close
up
RU
İftar süfrəsi üçün dadlı reseptlər

İftar süfrəsi üçün dadlı reseptlər

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Axşam.az "İftar menyusu"nu təqdim edir:

"Əlvan dana" şorbası

Ərzaq:
Mərci - 1 stəkan
Dana əti - 300 qram
Su - 5 stəkan
Kartof - 2 ədəd
Soğan - 2 ədəd
Kök - 2 ədəd
Dəfnə yarpağı - 1 ədəd
Nanə qurusu - 1 ç.q
Un - 1 x.q
Duru yağ - 1 stəkan
Yarım limonun suyu
Duz, qara və qırmızı istiot zövqə görə

Hazırlanması:
Kartofu, soğanı, kökü (hərəsindən bir ədəd), əti, dəfnə yarpağını, mərcini suya töküb, qaynadın. Bir müddət qaynatdıqdan sonra süzgəcdən keçirib, yenidən qaynadın.
Sonra o biri soğanı xırda doğrayıb, kökü sürtgəcdən keçirin. Yağı tavada isidib, soğan və kökü qovurun. Nanə və unu əlavə edib, qarışdırın. Hazırladığınız qarışığı qaynayan ətin üzərinə əlavə edin. 15 dəqiqə qaynatdıqdan sonra, yenidən süzgəcdən keçirib, duz, qırmızı və qara istiot əlavə edib, təkrar qaynamağa qoyun. 10 dəqiqə qaynadıqdan sonra isti halda süfrəyə verin.

Lahmacun

Ərzaq:
Xəmir üçün:
Un - istəyə görə
Duz, su və maya

İç üçün:
Qiymə - yarım kq.
Pomidor - 3 ədəd
Acı bibər - 3 ədəd
Soğan - 4 ədəd
Pomidor tomatı - 1 x/q.
Bibər tomatı - 1 x/q.
Duru yağ - 3-4 x/q.
Duz, qara və qırmızı istiot zövqə görə
Keşniş - 1 dəstə

Hazırlanması:
Xəmir yoğrulub «gəlməyə» qoyulur.
Bütün ərzaqları blenderdən keçirib, ətə əlavə edib, tomat, düz və istiotu töküb çoxlu qarışdırın. Hazır olan xəmirdən balaca kündələr düzəldin. Çox nazik olmamaq şərtilə yayıb, üzərinə duru yağ çəkin. Sonra ətli qarışıqdan əlavə edib, sobada bişirin. Süfrəyə verərkən yanına limon və cəfəri qoyun.


Çiyələk piroqu

Ərzaq:
Yumurta - 2 ədəd
Şəkər tozu - 1 stəkan
Yağ - 250 qram
Un - 2,5 stəkan
Çay sodası - 1 çay qaşığı
Sirkə - 1 xörək qaşığı
İç üçün:
Çiyələk - 500 qram
Şəkər tozu - 0,5 stəkan

Hazırlanması:
Unu və yumşaldılmış yağı yuxayayanın üstünə töküb, bıçaqla döyün. Un yağa tamamilə qarışdıqdan sonra ortasından oyuq açın. Yumurtanı, şəkər tozunu, sirkə ilə qarışdırılmış sodanı əlavə edib, yenə də bıçaqla onları qarışdırın. Xəmir halına gəldikdən sonra iki yerə ayırın. Yağlanmış listə kündələrdən birini əlinizlə yayın. Üstünə doğranmış çiyələkləri düzüb, şəkər tozu səpin. İkinci kündəni kənarda yayıb, üstünə qoyun. Qıraqlarını bərk birləşdirin ki, çiyələklərin suyu kənara çıxmasın. Süfrəyə soyuq halda verin. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://axsam.az
archiveBu xəbər 21 Mart 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see301

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see301

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see282

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see272

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see262

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see256

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see248

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see239

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see225

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see219

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see216

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see215

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see212

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see210

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see196

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see193

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see186

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri