Icma.az
close
up
RU
İftar süfrəsi üçün fərqli reseptlər

İftar süfrəsi üçün fərqli reseptlər

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Axşam.az iftar süfrəniz üçün maraqlı reseptlər təqdim edir:

İspanaqlı qış şorbası

Ərzaqlar:
1 böyük boşqab xırda doğranmış ispanaq
1 kök
1 orta soğan
Yarım stəkan duru yağ
2 xörək qaşığı arpa şəhriyə
Yarım litr su
2 çay qaşığı duz
1 çay qaşığı qara bibər

Sous üçün:
1 yumurta sarısı
5 xörək qaşığı qatıq
2 xörək qaşığı un

Üzəri üçün:
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı qırmızı bibər tozu

Limon

Hazırlanması:
Kökləri soyun və sürtgəcin incə hissəsindən istifadə edərək rəndələyin. Soğanları kiçik parçalara doğrayın. Tavaya yağ əlavə edin və isti olanda soğanı əlavə edib qovurun. Doğranmış ispanaq və yerkökü əlavə edin. Yumşalana qədər qızardın. Su və arpa şəhriyəni töküb, yumşalana qədər bişirin. 

Kənarda yumurta sarısı, qatıq və unu qarışdırın. Qaynayan şorbadan bir qaşıq götürün, ona əlavə edin və qarışdırın. Şorbaya  qarışığı qarışdıra-qarışdıra əlavə edin. Üzəri üçün kərə yağı əridin, qırmızı istiot əlavə edin, süfrəyə verərkən şorbanın üzərinə tökün, limon sıxıb yeyin.

Toyuq tava

Ərzaqlar:
400-500 qram toyuq budu və ya toyuq filesi
3 kartof
3 ədəd pomidor (konserv də olar)
1 qırmızı bibər
2 yaşıl bibər
1 soğan
4 diş sarımsaq
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
Yarım çay stəkanı zeytun yağı
2 çay qaşığı duz
1 çay qaşığı acı bibər 
1 çay qaşığı qara bibər
1 çay qaşığı qırmızı bibər tozu

Hazırlanması:
Bütün ərzaqları kiçik parçalara doğrayın. Toyuq ətini soba qabına qoyun və kartof, bibər, pomidor, soğan, sarımsaq, tomat pastası, zeytun yağı və bütün ədviyyatları əlavə edin. Bütün inqrediyentləri yaxşıca qarışdırın və sobaya düzün. Soba kağızını isladın və tavanın üstünü örtün. Əvvəlcədən isidilmiş sobada 200 dərəcədə 20 dəqiqə bişirin. Yeməyin üst hissəsini qızartmaq üçün kağızını çıxarın və yenidən sobaya qoyun, örtün və başqa 25-30 dəqiqə bişirin. 

Paxlava dadlı peçenye

Ərzaqlar:
125 qr. kərə yağı (yumşaq)
1 yumurta (otaq temperaturu)
1 xörək qaşığı sirkə
1 çay stəkanı mannı yarması (böyük ölçüdə tam 115 q)
1 stəkan un (150 q)
1 paket qabartma tozu (10 q)
Yarım stəkan üyüdülmüş qoz və ya fındıq

Şərbət üçün;
2,5 stəkan su
2 stəkan şəkər tozu
Bir neçə damcı limon suyu

Hazırlanması:
Əvvəlcə şərbət üçün bütün inqrediyentləri qaynadın və kənara qoyun soyusun. Şərbət soyuq, desert isə isti olacaq. Güclü odda 2-3 dəqiqə qaynadıqdan sonra orta odda daha 15 dəqiqə qaynadıb soyumağa qoyun.

Xəmir üçün qoz və undan başqa bütün inqrediyentləri qarışdırın və unu az-az əlavə edin. Ən son qozu əlavə edib xəmir edin. 15 balaca kündələr edin. Oval formada ovucunuzda düzəldin və nazik xətlər etmək üçün üzərinə bıçaqla basaraq müxtəlif formalar da verə bilərsiniz. Onları bir-birindən aralı olaraq yüngülcə yağlanmış soba qabına düzün və əvvəlcədən isidilmiş sobada 175 dərəcədən yuxarı və aşağı temperaturda qızılı rəng alana qədər bişirin. Düz 45 dəqiqə bişirdim. Sobadan çıxardıb 2 dəqiqə gözləyin və üzərinə şərbəti tökün. Ən azı 2 saat şərbəti üstü açıq şəkildə udmasını gözləyin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Mart 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri