Icma.az
close
up
RU
İftara nə hazırlamaq olar?

İftara nə hazırlamaq olar?

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Axşam.az iftar süfrəniz üçün reseptlər təqdim edir:

Qatıqlı düyü şorbası

Ərzaqlar:
2 litr su
6 xörək qaşığı düyü
1 yemək qaşığı un
1 ədəd yumurta
1,5 stəkan qatıq
2 çay qaşığı duz

Üzəri üçün:
2 xörək qaşığı kərə yağı
1 çay qaşığı qurudulmuş nanə

Hazırlanması:
Orta ölçülü qazana su tökün və içinə düyü əlavə edin, yumşalana qədər bişirin. Qatıq, yumurta və unu bir qabda qarışdırın. Ocaqda bişmiş düyüdən bir qaşıq su götürüb qatıq qarışığına töküb, yaxşıca qarışdırın. Sonra bir neçə çömçə əlavə edərək bu prosesi təkrarlayın. Qatıqlı qarışığı çox diqqətlə, ocaqda bişmiş düyü üzərinə tökün və dayanmadan qarışdırın. Bütün qatıqları bu şəkildə əlavə etdikdən sonra qaynayana qədər qarışdırın. Qurudulmuş nanə və duz əlavə edin. Sobada bir neçə dəqiqə daha bişirməyə davam edin. 

Ayrı bir tavada kərə yağı əridin, qurudulmuş nanə əlavə edin və qovurun. Süfrəyə verməzdən əvvəl şorbanızın üzərinə səpin.

Sobada toyuq kababı

Ərzaqlar:
2 parça toyuq döşü
2 xörək qaşığı zeytun yağı
1 ədəd rəndələnmiş soğan
2 diş sarımsaq
1 çay qaşığı şirin qırmızı bibər tozu
1-2 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1-2 dəstə incə doğranmış cəfəri

Hazırlanması:
Toyuq kababları üçün əvvəlcə toyuq filesini və zeytun yağını ətçəkən maşından keçirdin. Hazırlanmış toyuq qiyməsinin üzərinə soğan, cəfəri, sarımsaq və ədviyyatlar əlavə edib yaxşıca yoğurun. Su və ya yağdan istifadə edərək toyuq ətini şişə çəkin. Hazırladığınız toyuq kabablarını soba qabınıza qoyun. Yanına bibər və pomidor düzün. 180 dərəcədə qızılı rəng alana qədər bişirin.

Damla peçenye

Ərzaqlar:
1 stəkan duru yağ
1 ədəd yumurta
1 stəkan qatıq
100 qram marqarin və ya duzsuz kərə yağı
1/2 çay stəkanı manna yarması
1 paket qabartma tozu
2.5 stəkan un
1 stəkan qovrulmuş badam

Üstü üçün:
1 stəkan manna yarması

Şərbət üçün:
3 stəkan su
1.5 stəkan şəkər tozu
2-3 damcı limon şirəsi

Hazırlanması:
Əvvəlcə suyu, şəkər tozunu töküb qatılaşana qədər qaynadın. Sonra limon şirəsini töküb azca qaynadın və götürün. 

Böyük bir qarışdırıcı qaba yağ, qatıq və yumurta əlavə edin və çəngəl ilə yaxşıca qarışdırın. Üstünə marqarin və ya otaq temperaturunda kərə yağı əlavə edin. Bütün qabartma tozunu əlavə edin. Unu əlavə edin və əllərə yapışmayan bir tutarlılığa çatana qədər yoğurun. Xəmirdən qozdan bir qədər böyük parçalar götürüb toplara yuvarlayın. Xəmiri əllərinizlə azca yastıladın və fotodakı formada edin. Sonra onu mannı yarmasına batırıb, soba qabına düzün. Xəmirin ortasına badam qoyun. Əvvəlcədən isidilmiş sobada 185 dərəcədə 20 dəqiqə bişirin. Hazırladığınız və soyuyan şərbəti sobadan çıxan desertinizin üzərinə tökün.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://axsam.az
archiveBu xəbər 06 Mart 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri