Icma.az
close
up
RU
İftardan sonra yatanların nəzərinə İnfarkt riski var

İftardan sonra yatanların nəzərinə İnfarkt riski var

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Ramazan ayında qidalanma rejiminin dəyişməsi ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də iftar və imsakdan dərhal sonra yatmaq vərdişidir. Həkimlər xəbərdarlıq edirlər ki, bu davranış xüsusilə həzm sistemi və ürək-damar sağlamlığı baxımından arzuolunmaz nəticələrə səbəb ola bilər.
Tibb sahəsi üzrə təhlilçi Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, oruc tutan şəxslər qidalanma və istirahət rejiminə xüsusi diqqət yetirməlidirlər. Onun sözlərinə görə, insan gün ərzində təxminən 13 saat ac və susuz qalır və bu müddətdə orqanizm üçün ən vacib element sudur:
“Ona görə də həm səhər imsak açanda, həm də axşam iftarda ani və ağır qidalanma məsləhət görülmür. Səhər tezdən çox yemək, axşam isə iftarda həddindən artıq yüklənmək orqanizmə ziyan verə bilər”.
O qeyd edib ki, oruc zamanı bədən müəyyən uyğunlaşma mexanizmi formalaşdırır və enerji sərfiyyatını müvəqqəti olaraq tənzimləyir. Bu səbəbdən qəfil və həddindən artıq qidalanma daxili orqanlara əlavə yük yaradır.
“Əgər bir insan imsakdan sonra dərhal yatarsa, bu ürək-damar sistemi və xroniki xəstəlikləri olanlarda ciddi təsirlərə, tromb riskinə və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Buna görə məsləhət görülür ki, iftardan və imsakdan sonra ən azından bir müddət oturmaq və oyaq qalmaq, yüngül fəaliyyətlə məşğul olmaq lazımdır. İmsakdan sonra dərhal yatmaq ciddi fəsadlar yarada bilər”, – deyə o vurğulayıb.
Yəni, sağlam şəkildə oruc tutmaq üçün təkcə nə yediyimizə deyil, həm də yeməkdən sonra nə etdiyimizə diqqət yetirmək vacibdir. İmsak və iftar süfrəsindən qalxan kimi yatağa girmək həzm prosesini ləngidir və mədə turşusunun yemək borusuna qayıtmasına, yəni reflyuksa şərait yaradır. Bu isə gecə boyu narahatlıq və səhər yorğun oyanmaq deməkdir. Odur ki, orqanizmin qidaları daha rahat parçalaması və qan dövranının normada qalması üçün yeməkdən sonra ən azı bir saat gözləmək, imkan daxilində otaq daxilində yüngül hərəkət etmək məsləhətdir.
Unutmayaq ki, Ramazan ayı həm də bədənin təmizlənməsi və yenilənməsi dövrüdür, bu prosesi düzgün istirahət rejimi ilə dəstəkləmək gələcəkdə yarana biləcək xroniki sağlamlıq problemlərinin qarşısını almağın ən sadə yoludur.
Həmçinin oxu:
Minlərlə ailənin özəl görüntüləri yayıla bilər — Evlərdəki bu bahalı alət 'casus' imiş
Tolikə yüksək vəzifə verildi
Kartofun yanına niyə alma qoyurlar?
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Fevral 2026 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri