Icma.az
close
up
RU
İftardan sonra siqaret çəkmək infarkt yaradır Diqqət!

İftardan sonra siqaret çəkmək infarkt yaradır Diqqət!

Icma.az, Medicina portalına istinadən məlumat verir.


İftardan dərhal sonra ardıcıl olaraq siqaret çəkmək zərərli təsirlərini daha çox ortaya qoyur. İnfarkt da daxil olmaqla bir çox xəstəlikləri tətikləməyə başlayır.

Medicina.az xəbər verir ki, dünyada hər gün 22 min olmaqla, ildə 8 milyondan çox insan tütün istifadəsi ilə bağlı xəstəliklərdən ölür.


Mütəxəssislər bildirirlər ki, ramazan ayında iftardan sonra siqaret çəkməməlisiniz.

İftardan sonra siqaret çəkmək xüsusilə uzun müddət aclıq və susuzluqdan sonra orqanizmə ciddi ziyan vura bilər.


İftardan sonra dəfələrlə siqaret çəkən insanların qanda nikotin və karbonmonoksit miqdarı ani olaraq yüksələ bilər.

Bunların nəticəsində damarların daralması, orqanlara kifayət qədər oksigen daşıya bilməməsi kimi nəticələr ortaya çıxır.

Bu insanlar yüksək qan təzyiqi və beyin qanaması riski altındadırlar.

Bundan əlavə, nikotinin qəfil artması ürək döyüntüsü və infarkt yarada bilər.

DİGƏR ZƏRƏRLƏRİ:


1. DAMARLARA TƏSİRİ

Oruc zamanı orqanizm uzun müddət qida və susuz qaldığı üçün qan dövranı yavaşlayır.

İftardan dərhal sonra siqaret qəfil damar daralmasına və qan təzyiqində dalğalanmalara səbəb ola bilər.

Bu, infarkt riskini artırır.

2. HƏZM SİSTEMİNƏ TƏSİRİ

Siqaret mədə turşusunu artıraraq mədəni qıcıqlandırır.

İftarda ağır yeməklərdən sonra mədə yanması, reflü və həzm problemlərinə səbəb ola bilər.

3. OKSİGEN SƏVİYYƏSİ VƏ BAŞ GİCƏLLƏNMƏ

Uzun müddətli orucdan sonra orqanizm daha çox oksigenə ehtiyac duyur.

Siqaret qanda oksigen səviyyəsini azaldır, başgicəllənmə və yorğunluğa səbəb ola bilər.

4. TƏNƏFFÜS SİSTEMİNƏ TƏSİRİ

Oruc tutduqdan sonra tənəffüs yolları daha həssas olur.

Siqaret tənəffüs yollarını qıcıqlandırır və nəfəs darlığına səbəb ola bilər.


5. QAN ŞƏKƏRİNƏ TƏSİRİ

Oruc boyu aşağı qalan qan şəkəri iftardan sonra sürətlə yüksəlir.

Siqaret insulin balansını poza bilər və qan şəkərinin ani düşməsinə səbəb ola bilər ki, bu da zəiflik və yorğunluq hissini artırır.

SİQARET ÇƏKMƏYİN!

Siqaret çəkmək əvəzinə əvvəlcə su və xurma ilə iftar edin.

Yüngül yemək yedikdən və bir müddət dincəldikdən sonra nikotin istəyiniz davam edərsə, onu başqa bir qida ilə əvəz etməyə çalışın.

Bu dövrdən siqareti atmaq üçün fürsət kimi istifadə edə bilərsiniz.

İftardan dərhal sonra siqaret çəkmək orqanizmi yorur və zərərini artırır.

.


SİQARƏTİ TƏRGİTDİYİNİZ ZAMAN:

20 dəqiqədə: Qan təzyiqi və ürək döyüntüsü normallaşır.

8-ci saatda: Qandakı oksigen səviyyəsi normala qayıdır.

24-cü saatda: Karbonmonoksit bədəndən çıxarılır və ağciyərlər təmizlənməyə başlayır.

48 saatda: Nikotin bədəndə aşkar edilə bilməz.

72-ci saatda: Nəfəs alma asanlaşır.

2-12. həftədə: Qan dövranı yaxşılaşır.

3-9 ayda: Nəfəs darlığı və öskürək azalır.

5-ci ildə: İnfarkt riski iki dəfə azalır.

10-cu ildə: Ağciyər xərçəngi riski iki dəfə azalır.

Aygün

Medicina.az




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 07 Mart 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri