Icma.az
close
up
RU
İğdırdan Naxçıvana uzanan qardaşlıq kəməri: Azərbaycan Türkiyə birliyi yeni dövrdə

İğdırdan Naxçıvana uzanan qardaşlıq kəməri: Azərbaycan Türkiyə birliyi yeni dövrdə

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

5 mart 2025- ci il tarixi Azərbaycan və Türkiyə qardaşlığının şanlı tarixində qızıl hərflərlə yazılacaq əlamətdar və müqəddəs gündür. 

Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak və çıxış ediblər.

İğdırdan qədim Naxçıvana qaz tədarükünün start götürməsi bütün regionun enerji və nəqliyyat xəritəsində müsbətə doğru mühüm dəyişikliklərin baş verdiyini əyani sübut edir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ın da yer alan bu layihə çox qısa müddət ərzində reallaşdırıldı.

İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edən kəmərin gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malik olması onun çox böyük potensiala malik olduğunu açıq-aydın nümayiş etdirir. Naxçıvana qazın nəql edilməsi İran vasitəsi ilə aparılırdı və müqavilə cari ildə başa çatır.

Qədim Naxçıvan torpağı Sovet hakimiyyətinin əsassız qərarlarına məruz qalanən qədim və əzəli torpaqlarımızdan biridir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla birbaşa quru bağlantı bir əsrdən çoxdur ki, pozulub. Tarixi həqiqətlər onu göstərir ki, SSRİ 1920- ci ildə Azərbaycanı işğal etdikdən sonra Zəngəzurun qərb hissəsinin Ermənistan SSR- yə birləşdirilməsi ilə bağlı qərar qəbul etmişdi. Sovetlər Birliyinin bu qərarı həm də sonradan baş verən qanlı hadisələr üçün zəmin hazırlamış oldu.

1990- cı illər Naxçıvan üçün daha təhlükəli olub. Ermənistan Qarabağı işğal etməyə başlayanda Naxçıvan blokadaya alınmış, onu bu vəziyyətdən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev qurtara bilmişdi. 

Bununla bağlı Prezident İlham Əliyev bu gün qaz kəmərinin açılış mərasimində çıxış edərkən deyib:

“Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular.

Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Azərbaycan- Türkiyə qardaşlığı günü-gündən çiçəklənir, inkişaf edir. 

15 iyun 2021-ci ildə mədəniyyət paytaxtımızda imzalanan Şuşa bəyannaməsi iki ölkənin rəsmən müttəfiq olduğunu təsdiq edən tarixi sənəddir. Bu günədək ölkələrimiz çox böyük layihələrin reallaşmasına nail olublar. Bakı və Ankara daima yeni uğurların qazanılması yönündə yeni hədəflər müyyən edərək fikir mübadiləsi aparırlar. 

"Bakı-Tbilisi-Ceyhan” neft, "Bakı-Tbilisi-Ərzurum” qaz, “Bakı-Tbilisi-Qars” dəmir yolu, TANAP, TAP kimi dünya miqyaslı faydalı layihələrə “İğdır-Naxçıvan” qaz kəməri, eləcə də artıq tikinti mərhələsində olan “Qars-İğdır-Naxçıvan” dəmir yolu xətti. Sadaladığlarımız sadəcə olaraq ölkələrimizin gördüyü nəhəng layihələrdir. 

“Bir millət, iki dövlət” prinspi əsasında aparılan dostluq, strateji müttəfiqlik və qardaşlıq münasibətləri bu gün ən yüksək zirvəsini yaşamaqdadır.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı birliyin, qardaşlığın bütün Türk dünyasına böyük töhfə olduğunu və bu yöndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yüksək səyləri olduğunu bildirdi.

“Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi”,- deyə dövlətimizin başçısı qeyd edib.

Mərasimdə çıxış edən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycanın sülhün, sabitliyin, rifahın tərəfində olduğunu, bölgəmizdə ancaq sülh, əməkdaşlıq, hamımızın birlikdə inkişaf etməsini arzuladığını qeyd etdi.

“Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik.

6 fevral zəlzələləri başda olmaqla, ən çətin günlərimizdə necə ki, Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac duyduğu hər an yanlarında olacağıq. İnşallah, Naxçıvanla elektrik əlaqələrimizin də gücləndirilməsi ilə bu prosesi davam etdirəcəyik”,- deyə qardaş ölkənin lideri vurğulayıb.

Artıq əminliklə deyə bilərik ki, qardaş ölkələrin əməkdaşlığı daha da inkişaf edəcək və Türk dünyasının güclənməsinə önəmli töhfələr verəcək. Bu, təkcə regional deyil, qlobal təhlükəsizlik və iqtisadi inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan- Türkiyə birliyi ölkələrimizin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib.


Fərahim Rəhimzadə

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Mart 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri