Icma.az
close
up
RU
Qardaşlıq, güc birliyi: Məkrə meydan oxuyan Azərbaycan Türkiyə

Qardaşlıq, güc birliyi: Məkrə meydan oxuyan Azərbaycan Türkiyə

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər xarici informasiya resurslarında və sosial şəbəkələrdə Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsinə münasibəti ilə bağlı saxta xəbərlərin yayılması müşahidə olunur. Bu məlumatlarda guya Azərbaycan tərəfinin İsrailin yarışmada iştirak etmədiyi təqdirdə müsabiqədən çəkiləcəyi iddia edilir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bu xəbərləri rəsmi olaraq “FAKE” kimi qiymətləndirib və bunu ölkəyə qarşı yönəlmiş növbəti dezinformasiya kampaniyası adlandırıb.

Belə halların beynəlxalq aləmdə ölkələrin imicinə, ictimai rəyə və diplomatik münasibətlərə təsir göstərməsi ehtimalı yüksəkdir. Dezinformasiya kampaniyaları xüsusilə regional münaqişələr və beynəlxalq tədbirlər kimi həssas mövzularda ölkələrarası münasibətləri gərginləşdirə bilər. Azərbaycan üçün bu cür xəbərlər, təkcə “Eurovision” kimi mədəni tədbirlərlə bağlı deyil, həm də siyasi və diplomatik münasibətlər müstəvisində strateji maraqlara təsir edə bilər.

Bununla yanaşı, sosial şəbəkələrdə yanlış məlumatların sürətlə yayılması, media savadlılığının aşağı olması və rəqəmsal təhlükəsizlik sahəsində boşluqlar dezinformasiyanın təsirini artırır. Bu vəziyyətin idarə olunması üçün dövlət qurumları, media orqanları və ictimaiyyətin birgə fəaliyyəti vacibdir.

Bu cür dezinformasiya kampaniyalarının əsas məqsədləri nə ola bilər və onlar Azərbaycanın beynəlxalq imicinə necə təsir göstərir? “Eurovision” kimi mədəni tədbirlər üzərindən aparılan informasiya manipulyasiyaları regiondakı siyasi balansı və dövlətlərarası münasibətləri hansı səviyyədə təsirləndirə bilər? Xarici medianın bu tip xəbərləri yayması Azərbaycanın diplomatik münasibətlərində hansı çətinliklər yarada bilər? Bu kimi hallarda Azərbaycanın informasiya təhlükəsizliyini və imicini qorumaq üçün hansı strateji addımlar atılmalıdır? Sosial media istifadəçilərinin və jurnalistlərin bu tip xəbərlərə qarşı məsuliyyətli davranması üçün hansı maarifləndirici mexanizmlər tətbiq oluna bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Telman Nüsrətoğlu bildirib ki, hər iki qardaş ölkədə mövcud olan ya  daha çox xaricdən təlimat alan, ya da cəhalətin qaranlığına gömülmüş bəzi dairələr Azərbaycan və Türkiyə qardaşlığının dərin mahiyyətini anlaya,  regionda və qlobal səviyyədə yaratdığı yeni geosiyasi reallığı həzm edə bilmirlər. Bu, təəssüf doğuran haldır: 

"Zaman-zaman tək millət iki qardaş dövlətin tarixin dərinliyindən  gələn  qardaşlıq bağlarını zəiflətməyə, “tək millət, iki dövlət” fəlsəfəsi üzərində fitnə toxumağa çalışırlar. Belə cəhdlərin son nümunələrindən biri də Azərbaycan-İsrail münasibətləri ətrafında formalaşan diskussiyaları sağlam, akademik müzakirə zəminindən yalan məlumatlarla  başqa bir müstəviyə çəkmə təşəbbüsüdür".

Müsahibimiz qeyd edib ki, Azərbaycan İslam dünyasının önəmli bir üzvü kimi, xarici siyasətində balanslı və strateji addımlar atır:

“Bu, son dövrlərdə Ərəb ölkələrinin liderlərinin Azərbaycana səfərlərində, ölkəmizin həyata keçirdiyi layihələrdə və İslam dəyərlərinin qorunub saxlanmasında özünü açıq göstərir. Məsələn, cənab Prezidentin işğaldan azad edilmiş bölgələrdə dağıdılmış məscidləri bir-bir bərpa edərək açılışlarda iştirakı, o cümlədən Hadrut məscidinin təntənəli açılışı, Azərbaycanın İslam dünyasına verdiyi dəyəri nümayiş etdirir”.

Nüsrətoğlu bildirib ki, dövlətimizin başçısının "Əl-Cəzirə" televiziyasına verdiyi müsahibədə də bu birliyin və həmrəyliyin önəmi vurğulanıb:

“Türkiyə-Azərbaycan qardaşlığı isə dünyada bənzəri olmayan bir modeldir - bütün strateji məsələlərdə istişarə, qarşılıqlı hörmət və bir-birinin maraqlarını ön plana çıxaran, bütün sahələrdə inkişafı dərinləşdirməyə çalışan bir qardaşlıq. Bu liderlik və dövlət siyasəti hər iki ölkədə özünü aydın göstərir. İsrail-Azərbaycan münasibətləri üzərindən yaranan bəzi təhrif edilmiş diskussiyalar isə mövcud geosiyasi mənzərəyə təsir etmək cəhdləridir. Lakin Azərbaycan milli maraqlarını mərkəzə alaraq, tərəfdaşlıqlarını gücləndirir və regionda mövqeyini qoruyur".

Telman Nüsrətoğlu: Çətin zamanlarda bir olmuş bu millət bu gün də bütün strateji məsələlərdə birlikdə hərəkət edir

Həmsöhbətimiz deyib ki, Azərbaycan xarici siyasətində əsas prioritetlərini açıq şəkildə müəyyənləşdirib: bölgədə gücünü artırmaq, milli təhlükəsizliyi möhkəmləndirmək, ordu quruculuğunu gücləndirmək və ölkənin müstəqilliyini qorumaq. Prezidentin ifadə etdiyi kimi, Türk dünyası yaxın gələcəkdə qlobal geosiyasətin diqqət mərkəzlərindən biri olacaq və Azərbaycan bu məqsədə Türkiyə ilə birlikdə doğru addımlarla irəliləyir:

"Eyni zamanda, ədalətsizliklərə qarşı mövqeyimiz qətiyyətlidir. Xəzər regionunda baş verən insan haqları pozuntuları, etnik təmizləmə cəhdləri heç bir azərbaycanlı tərəfindən qəbul edilə bilməz və bu, dünya ictimaiyyəti tərəfindən də dəstəklənir. Fələstin məsələsində dövlətli həll prinsipinə sadiqliyimiz və Türkiyənin mövqeyi də bizim üçün böyük əhəmiyyət daşıyır".

Sonda Telman Nüsrətoğlu diqqətə çatdırıb ki, bu gün Azərbaycan və Türkiyə arasında qurulan münasibətlər sistemi tarixdən gələn çətin sınaqlardan keçmiş, regional və qlobal məsələlərdə istişarəyə dayanan, hər hansı saxta və məkirli cəhdlərlə pozulması mümkün olmayan bir sistemdir. Çətin zamanlarda bir olmuş bu millət bu gün də bütün strateji məsələlərdə birlikdə hərəkət edir və dövlət səviyyəsində məsləhətləşmələri bütün qurumlar çərçivəsində davam etdirir.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri