Icma.az
close
up
RU
II Qarabağ müharibəsinin ŞƏHİD MÜƏLLİMLƏRİ

II Qarabağ müharibəsinin ŞƏHİD MÜƏLLİMLƏRİ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. 44 günlük Vətən müharibəsindəki şanlı zəfərin qazanılmasında Azərbaycan müəllimləri də yaxından iştirak edib. O çətin günlərdə silaha sarılaraq əsl vətənpərvərlik nümunəsi göstərən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən məllimlər həm şəhid oldular, həm də qazi.
II Qarabağ müharibəsi zamanı torpaq­larımızın azadlığı uğrunda 700-dək təhsil işçisi böyük qəhrəmanlıqla döyüşüb. 44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.

Modern.az II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan təhsil işçilərinin qısa dosyelərini təqdim edir:
 

Vəliyev Vüqar Emin oğlu 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub. O, Ağdam rayonu 18 nömrəli köçkün tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyib. V Vəliyev 2020-ci il oktyabrın 17-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”  və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əhmədzadə Famil Ağaəhməd oğlu 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. O, İsmayıllı şəhərinəki 3 nömrəli məktəb-liseyin tarix müəllimi olub. 2020-ci ilin 27 sentyabrında – Vətən müharibəsi başlanan gün könüllü olaraq cəbhəyə yollanıb. Oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Məmmədov Rəşad Fərəməz oğlu 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olub. O, Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi vəzifəsində çalışıb. Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

İmaməliyev Elvin Elsevər oğlu 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. O, Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru idi. Qarabağda qələbəmizə çox az qalmış Şuşa şəhəri yaxınlığında gedən döyüşlərdə şəhid olub. Şəhid Elvin İmaməliyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Hüseynli Etiram Həsən oğlu 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. 23 il Lənkəran şəhər S.Kazimbəyov adına 6 saylı tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı fənnindən dərs deyib. Etiram Hüseynli oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə",  "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Ömərov Qoşqar Səxavət oğlu 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan kəndində müəllim ailəsində anadan olub. O, Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbində  riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. Qoşqar Ömərov noyabrın 4-də Şuşanın Daşaltı kəndinin ətrafında gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Füzuli azad olunmasına görə", "Şuşanınazad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

İsrafilov Vidadi Vaqif oğlu 8 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub. Daşkəsən rayonu, Gurbulaq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Vidadi İsrafilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Vidadi İsrafilov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Rzayev Elxan Ariz oğlu 1994-cü il avqustun 15-də Sabirabad rayonunun Qəzli kəndində anadan olub. Elxan Rzayev noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə",  "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Nəciyev Xalid Qabil oğlu 1992-ci il iyulun 3-də Saatlı rayonunda anadan olub. 2017–2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb. 2017-ci ildən isə Təhsil Nazirliyinin Saatlı və Sabirabad üzrə ictimaiyyətlə əlaqələr şöbəsində çalışırdı. 2020-ci il noyabrın 5-də Laçın döyüşləri zamanı Səfiyan kəndi istiqamətində şəhid olub. Ölümündən sonra "Döyüşdə fərqlənməyə görə"” və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Quliyev Elgün Vasif oğlu 1992-ci ilin 17 sentyabr tarixində Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2020-ci ildə müəllimlərin işə qəbulu imtahanından keçərək Lerik rayonunun Sors kəndində işə qəbul olunub. Elgün Quliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. “Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Rəhimov Tural Arif oğlu 1993-cü il yanvarın 1-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub. O, Cəlilabad rayonunun Fərzili kənd orta məktəbində kimya-biologiya müəllimi işləyirdi. Tural Rəhimov 2020-ci il oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Şəhid Tural Rəhimov ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Lətifov Rəvan Ömür oğlu 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Bir müddət Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində işləyib. Daha sonra Oğuz rayonu Sincan kənd tam orta məktəbində təşkilatçı müavin vəzifəsində çalışıb. Rəvan Lətifov noyabrın 6-da Daşaltı-Şuşa istiqamətində qəhrəmancasına şəhid olub. Şəhid “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Quliyev Əvdil Qardaşxan oğlu 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. 2018-ci ildən etibarən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi ilə məşğul olub. O, 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub. Əvdil Quliyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

İsmayılov Rabil Elbrus oğlu 1980-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. 2017-ci ildən Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışırdı. O, noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Rabil İsmayılov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayıl azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", və "Füzulinin azad olunmasına görə", medalı ilə təltif olunub.

Qurbanov Emil Vaqif oğlu 1980-ci il avqustun 25-də Lənkəranda anadan olub. 2005-ci ildə "Zirvə" idman kompleksində məşqçi-müəllim işləməyə başlamış, idman müəllimi kimi müxtəlif yarışlarda iştirak etmişdi. Daha sonra Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsinə təyin olunub. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində işləməyə başlayıb. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub. Emil Qurbanov ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Müzəffərli Kənan Azər oğlu 22 dekabr 1995-ci ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. 15 sentyabr 2019-cu ildən Gədəbəy rayonun Dəyəqarabulaq kənd tam orta məktəbində müəllim kimi çalışıb. O, 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Kənan Müzəffərli ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Məmmədli Həsən Qəhrəman oğlu 8 iyul 1995-ci ildə Samux rayonunda anadan olub. Subay idi. Samux rayonu Çobanabadlı kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində  işləyirdi. Həsən Məmmədli 5 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Sarıyev Tural İsmayıl oğlu 1993-cü il mayın 10-da Tovuz rayonunun Cirdək kəndində anadan olub. O, Tovuz rayonu Hacılar kənd orta məktəbinin texniki işçisi kimi fəaliyyət göstərib. Tural Sarıyev oktyabrın 16-da Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Adgözəlov Ceyhun Çoban oğlu 12 oktyabr 1994-cü ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olub. Əslən Şamaxı rayonundan idi. Sərbəst güləş üzrə bir sıra rayon, məktəb turnirlərində yer tutub. Bakı şəhəri Respublika Uşaq-Gənclər Məktəbinin gözətçisi vəzifəsində çalışırdı. Ceyhun Adgözəlov 6 noyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olubr. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Əhmədov Vidadi Murad oğlu 1979-cu il iyulun 12-də Salyan şəhərində anadan olub. Salyan Peşə Liseyinin texniki işçisi olaraq çalışıb. Vidadi Əhmədov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
A.Qorxmaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Oktyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see219

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see217

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see215

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see209

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see203

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see201

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see197

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see192

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see191

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see189

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see186

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see186

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see184

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see183

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see183

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see179

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri