Icma.az
close
up
RU
III Dünya müharibəsinə səbəb ərazi iddiaları olmayacaq: 300 ə yaxın bölgə risk altında

III Dünya müharibəsinə səbəb ərazi iddiaları olmayacaq: 300 ə yaxın bölgə risk altında

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ekoloqlar xəbərdarlıq edirlər ki, gələcəkdə böyük müharibələrin səbəbi torpaq və ya enerji ehtiyatları yox, içməli su ola bilər. 

Qaynarinfo xəbər verir ki, iqlim dəyişikliyi nəticəsində onsuz da quraq olan bölgələrdə su çatışmazlığı daha da kəskinləşir və rəqabət güclənir.

Təmiz su qlobal böhran mənbəyinə çevrilir

"Ecoticias" ekoloji portalının məlumatına görə, artıq bir neçə regionda içməli su uğrunda mübarizə başlayıb. Beynəlxalq təşkilatların, siyasətçilərin və ictimai xadimlərin açıqlamalarına əsaslanan hesabatda qeyd edilir ki, gələcək qlobal münaqişələrin konturları formalaşmağa başlayıb. Hələ ki bu gərginliklər səssiz və görünməzdir, lakin milyardlarla insanın həyatına təsir etməyə başlayıb.

İqlim dəyişiklikləri səbəbilə yağıntıların bölgələr üzrə paylanması pozulur: əvvəlcə nisbətən rütubətli olan ərazilər indi daşqınlarla üzləşir, quraq regionlarda isə tarixi quraqlıqlar müşahidə olunur. Qlobal temperaturun yüksəlməsi buxarlanmanın artmasına, su anbarlarında suyun azalmasına, qar ehtiyatlarının tükənməsinə və yay su ehtiyatlarının ciddi şəkildə azalmasına səbəb olur.

300-ə yaxın bölgə su münaqişəsi riski altındadır

Avropa Komissiyasının apardığı araşdırmalar dünya üzrə təxminən 300 bölgənin su resurslarına görə münaqişə riski ilə üz-üzə olduğunu üzə çıxarıb. Ən həssas regionlar arasında böyük çay hövzələrinin ayırdığı ölkələr var: məsələn, Nil çayı ilə ayrılan Misir və Efiopiya, Hind çayı ilə bölünən Hindistan və Pakistan, eləcə də Qanq çayı ilə sərhəddə yerləşən Hindistan və Banqladeş. Eyni zamanda, Fərat və Dəclə çayları üzərində Türkiyə, Suriya və İraq arasında da gərginlik potensialı mövcuddur.

Ekoloqlar xatırladır ki, Yer kürəsindəki suyun cəmi 2,5 faizi içməyə yararlıdır və bunun da böyük hissəsi buzlaqlarda toplanıb. Əhalinin artması və suya olan tələbatın yüksəlməsi bu məhdud resursa olan təzyiqi daha da artırır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Avqust 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri