III MDB Oyunları çərçivəsində AQTİ nin regional və səyyar qida laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 1 oktyabr, AZƏRTAC
III MDB Oyunları çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qidalanmanın təşkili sahəsində nəzarət və tənzimləmə tədbirləri gücləndirilib. Bu məqsədlə genişmiqyaslı laborator müayinələr aparılır.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Mingəçevir, Yevlax, Xankəndi, Gəncə, Göygöl, Naftalan, Qəbələ və Şəkidən daxil olan yaxma, su və qida nümunələri Analitik Ekspertiza Mərkəzinin Gəncə və Göygöl Regional Sınaq Laboratoriyalarında müayinədən keçirilir. Müayinələr zamanı insan sağlamlığı üçün risk yarada biləcək bakteriyaların mövcudluğu yoxlanılır.
Eyni zamanda, Xankəndi və Qəbələyə təhkim edilmiş səyyar qida laboratoriyalarında ekspress mikrobioloji analizlər və suda ümumi çirklənmənin təyini müayinələri də aparılır. Həmin tədbirlər qida və suyun sanitar-epidemioloji təhlükəsizliyinin təmin edilməsinə, oyunlarda iştirak edən idmançıların və digər şəxslərin sağlamlığının qorunmasına xidmət edir.
AQTİ tərəfindən həyata keçirilən kompleks nəzarət mexanizmləri III MDB Oyunları müddətində beynəlxalq standartlara uyğun təhlükəsiz qidalanma mühitinin yaradılmasına yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 01 Oktyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















