Icma.az
close
up
RU
“III MDB Oyunları həm nüfuzlu idman ölkəsi, həm də qalib ölkə kimi Azərbaycanın təqdimatı oldu”

“III MDB Oyunları həm nüfuzlu idman ölkəsi, həm də qalib ölkə kimi Azərbaycanın təqdimatı oldu”

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Azərbaycan daha bir nüfuzlu idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etdi. Yarışların keçirilməsində ən yüksək standartlar təmin edildi. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançılarının 23 idman növü üzrə yarışlarda öz məharətini göstərdiyi III MDB Oyunları uğurla başa çatdı. 

Son yarış günündə Şəkidə keçirilən bədii gimnastika üzrə mübarizədə idmançılarımız ümumilikdə 6 medal qazandılar.

Bununla da Azərbaycan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olmaqla oyunları 184 medalla başa vurdu. Bu, Azərbaycan idmançılarının  2021-ci ildən keçirilən MDB Oyunlarında ən uğurlu göstəricisidir.

Oyunların yüksək səviyyədə təşkili Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da möhkəmləndirdi. Bu möhtəşəm idman tədbirinin uğurla reallaşması ilk növbədə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğı və diqqətinin nəticəsidir. Dövlət başçısının bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yüksək səviyyəli açılış mərasimi ilə start götürən 3-cü MDB oyunları çərçivəsində   Azərbaycanın müxtəlif regionlarında yarışlar təşkil olundu. Ümumiyyətlə, son vaxtlar ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasət paytaxtla yanaşı regionların da sürətli inkişafına təkan verməkdədir. Bir çox beynəlxalq və regional miqyaslı idman tədbirləri bölgələrimizdə keçirilir. Bu, regionlarda beynəlxalq standartlara uyğun  idman infrastrukturunun olduğunu bir daha təsdiqləyir.

On bir gün ərzində yarışlar Gəncə, Qəbələ, Göygöl, Mingəçevir, Xankəndi, Yevlax, Şəki də daxil olmaqla 7 şəhərdə yerləşən 12 obyektdə keçirildi ki, bu da gənc idmançıların beynəlxalq səviyyədə hazırlanması baxımından əhəmiyyətlidir. 

Təsadüfi deyil ki, hazırda bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da Qarabağ bölgəsi başda olmaqla müxtəlif regionlarda inşası nəzərdə tutulur.

Bu da  həm kütləvi idmanın inkişafına, həm də beynəlxalq arenada uğurlar qazanmaq üçün zəmin yaradır.

Ölkəmizdə baş tutan beynəlxalq tədbirlər, o cümlədən nüfuzlu idman tədbirləri həm də Azərbaycan reallıqlarının dünyaya təqdimatı baxımdan vacibdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimində də ideoloji baxımdan vacib mesajlar verildi. Azərbaycanın böyük Qələbəsi başda olmaqla, xalqımızın zəngin mədəniyyəti, dəyərləri də ustalıqla təbliğ olundu. Bu açılış həm də ölkəmizin idman platformasından təqdimatı idi. Eyni zamanda yarışlar çərçivəsində Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları da keçirildi.

İdmançılar və nümayəndə heyətlərinin üzvləri Qarabağın incisi olan qədim Şuşa şəhərində də oldular. Şəhərin tarixi və mədəni məkanları ilə tanış oldular. Azərbaycan mədəniyyətinin beşiyi, görkəmli şairlərin, musiqiçilərin və rəssamların vətəni olan Şuşanın tarixi barədə məlumat verildi.

Beləliklə, III MDB Oyunları həm nüfuzlu idman ölkəsi, həm də qalib ölkə kimi Azərbaycanın təqdimatı oldu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri