Icma.az
close
up
RU
III qrupun bu ixtisaslarında ciddi rəqabət olacaq Ehtiyatlı olun!

III qrupun bu ixtisaslarında ciddi rəqabət olacaq Ehtiyatlı olun!

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Son illərdə əmək bazarında baş verən dəyişikliklər və abituriyentlərin seçim tendensiyaları ali təhsil üzrə rəqabətə birbaşa təsir göstərir.
Xüsusilə III ixtisas qrupu üzrə həm müraciət edənlərin sayının artması, həm də plan yerlərinin məhdud olması rəqabəti daha da gücləndirir.
Maraqlıdır, bu il III ixtisas qrupu üzrə ən çox hansı ixtisaslarda rəqabət güclənəcək?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “azedu.az”a açıqlama verən coğrafiya müəllimi Elçin Əhmədov qeyd edib ki, keçən il III qrup üzrə plan yerləri ilə abituriyent sayı arasında təxminən 11 500 nəfərlik fərq yaranıb:
"Yəni minlərlə abituriyent qəbul ola bilməmişdi. Halbuki son illərdə III qrupa TC altqrupunun - beynəlxalq münasibətlər və regionşünaslıq kimi ixtisasların əlavə olunmasına baxmayaraq, bu istiqamətə maraq daha da artıb və rəqabət azalmayıb.
Bu il də ötən illə müqayisədə ilkin imtahan qeydiyyatında təxminən 1300 nəfər artım var. Qarşıda ikinci imtahan mərhələsi də olduğu üçün, həmçinin neçə nəfərin 50 və 150 bal həddini keçəcəyindən asılı olaraq yekun nəticələr dəyişə bilər.
Ötən il III qrupda ən yüksək rəqabət hüquq ixtisasında müşahidə olunub. Bundan başqa, dövlət və ictimai münasibətlər ixtisası da ən çox tələb olunan sahələrdən biri olub. Baxmayaraq ki, bu ixtisas son 3-4 ildə yaradılıb, qısa müddətdə abituriyentlərin diqqətini cəlb etməyi bacarıb.
Beynəlxalq münasibətlər də rəqabətin yüksək olduğu əsas ixtisaslardan biridir.
Psixologiya ixtisasına marağın isə digər sahələrlə müqayisədə daha az olduğunu deyə bilərik. Bunun səbəbi III qrup üzrə təqdim olunan istiqamətin klassik psixologiya deyil, “təhsildə sosial-psixoloji xidmətlər”, yəni əsasən orta məktəb psixoloqluğu sahəsi olmasıdır. Psixologiyanın əsas istiqaməti isə IV qrupa aiddir. Buna görə də bir çox abituriyent bu sahəyə üstünlük vermir".
Ən ciddi bal artımının müəllimlik ixtisaslarında müşahidə olunacağı gözlənilir:
"Çünki son illərdə pedaqoji ixtisaslara ayrılan plan yerlərinin sayı azalır. Yer sayının azalması isə rəqabəti artırır və keçid ballarının yüksəlməsinə səbəb olur.
Bundan əlavə, III qrup üzrə tarix ixtisasına marağın da artdığı qeyd olunur. Tarix ixtisasının hərbi məktəblərdə nəzərə alınması, elmi istiqamətdə inkişaf imkanlarının olması və bu sahənin yalnız müəllimliklə məhdudlaşmaması abituriyentlərin seçimlərinə təsir edir. Buna görə də artıq təkcə tarix müəllimliyi deyil, tarix fakültəsinin özü də daha çox maraq görür".
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 May 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see373

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see284

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see240

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see224

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see213

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see202

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see199

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see198

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see194

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see182

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see177

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see174

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see163

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see161

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see160

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see159

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see157

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see156

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri