Icma.az
close
up
RU
III Şuşa Media Forumu: Prezident İlham Əliyevin diplomatiya uğurları, Zəngəzur mesajları və söz azadlığının təzahürü

III Şuşa Media Forumu: Prezident İlham Əliyevin diplomatiya uğurları, Zəngəzur mesajları və söz azadlığının təzahürü

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm mənəvi, həm də strateji baxımdan tarixi əhəmiyyət daşıyır. 52 ölkədən 140-a yaxın qonağın iştirak etdiyi bu beynəlxalq tədbir Azərbaycanın informasiya diplomatiyasındakı uğurlarının, söz və media azadlığına verdiyi önəmin növbəti göstəricisidir.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq öz haqlı mövqeyini yalnız beynəlxalq təşkilatlarda deyil, elə tarixi torpaqlarımızda, azad edilmiş şəhər və kəndlərimizdə dünya ictimaiyyətinə çatdırır:

“Prezident İlham Əliyevin Forumda səsləndirdiyi hər fikir, verdiyi hər cavab təkcə diplomatik ritorika deyildi, xalqın iradəsi, dövlətin hüquqi mövqeyi və ədalətin səsi idi. Azərbaycan lideri öz çıxışında beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi, regionda sülhün və əməkdaşlığın real ünvanının məhz Azərbaycan olduğunu vurğuladı. Prezidentin vurğuladığı əsas məsələlərdən biri də informasiya təhlükəsizliyi və qərəzli media kampaniyalarına qarşı mübarizə idi. Azərbaycanın beynəlxalq informasiya məkanında getdikcə daha fəal rol oynaması bu baxımdan strateji əhəmiyyət daşıyır”.

S.Salmanova bildirib ki, beynəlxalq jurnalistlərin Xankəndidə, daha öncə isə Şuşada keçirilən tədbirlərdə iştirakı, azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işlərini yerində izləməsi, Azərbaycanın şəffaf siyasət yürütdüyünün bariz göstəricisidir: 

“Ölkəmizdə media üçün açıq mühitin yaradılması, xarici jurnalistlərin işğaldan azad edilən torpaqlara səfərlərinin təşkili Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. III Şuşa Qlobal Media Forumu eyni zamanda, Ermənistanın illər boyunca dünya ictimaiyyətinə təqdim etdiyi təhrif olunmuş informasiyalara qarşı effektiv informasiya platforması rolunu oynadı. Qonaqların gördüyü reallıq – dağıntılarla yanaşı, sürətli yenidənqurma və həyatın geri dönüşü Azərbaycanın sülhə və inkişafa yönəlmiş siyasətini əyani şəkildə nümayiş etdirdi”.

Parlamentari qeyd edib ki, Milli Mətbuatın 150 illiyi ərəfəsində baş tutan Forumda Prezident İlham Əliyev Azərbaycan mediasının inkişafına və bu sahədə qazanılan uğurlara xüsusi diqqət yetirdi: 

“Dövlətimizin başçısı çıxışında Azərbaycan mediasının bu gün gəlib çatdığı inkişaf mərhələsinə toxundu və bildirdi ki, bu gün Azərbaycan mediası həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bu fikirlər göstərir ki, Azərbaycan jurnalistləri və media qurumları artıq beynəlxalq informasiya məkanında fəal iştirak edirlər. Onlar ölkəmiz haqqında həqiqətləri yaymaqla yanaşı, Azərbaycan əleyhinə aparılan qərəzli kampaniyalara da faktlarla, əsaslı mövqelərlə cavab verirlər. Bu da müasir dövrün informasiya savaşında çox vacib məqamdır. Hesab edirəm ki, bu həm ölkəmizdə söz və ifadə azadlığına yaradılan şəraitin, həm də media təmsilçilərinin peşəkarlığının göstəricisidir”.

Deputat onu da söyləyib ki, Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanla sülh prosesinə dair mövqeyini də bir daha diqqətə çatdırdı:

“Dövlətimizin başçısı növbəti dəfə açıq şəkilfə bəyan etdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli və Azərbaycana qarşı ərazi iddialarına son verilməlidir. Eyni zamanda, artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun da ləğvi zəruridir. Hesab edirəm ki, bunlar gələcəkdə iki ölkə arasında etimad mühitinin yaranması üçün mühüm addımdır. Dövlətimizin başçısı bildirib ki, sülh sazişinin əsas mətni artıq razılaşdırılıb və bu sənədin paraflanma mərhələsi də Azərbaycan tərəfindən təklif olunub. Bu isə onu göstərir ki, Azərbaycan tərəfi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın bərqərar olması üçün səmimi şəkildə sülhə çalışır. Ermənistan da əgər doğrudan da sülh istəyirsə, bunu yalnız bəyanatlarda deyil, əməli addımlarda göstərməlidir”.

Azərbaycan lideri İlham Əliyevin III Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən görüşdə region üçün əhəmiyyət kəsb edən bir sıra strateji məsələlərə toxunduğunu deyən S.Salmanova vurğulayıb ki, dövlət başçısı Zəngəzur dəhlizi ilə bağlı proseslərin ləngiməsi və Ermənistan tərəfindən bu istiqamətdə heç bir addım atılmaması ilə bağlı narahatlığını da ifadə edib:

“Zəngəzur dəhlizi Cənubi Qafqazda regional sabitliyin, qarşılıqlı inteqrasiyanın və nəqliyyat təhlükəsizliyinin açar elementlərindən biridir. Əgər bu layihə həyata keçərsə, region üçün həm iqtisadi, həm siyasi baxımdan dönüş nöqtəsi ola bilər. Lakin Ermənistanın bu prosesi davamlı şəkildə ləngitməsi onun üçün ciddi nəticələrə gətirib çıxara bilər. Təəssüflər olsun ki, Ermənistan tərəfi son beş ildə Zəngəzur dəhlizi ilə bağlı heç bir praktiki addım atmayıb. Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Yəni, regional ticarət yollarından, yük daşımalarından, enerji və nəqliyyat şəbəkələrindən kənarda qalacaq. 

Bildiyiniz kimi, Azərbaycan öz ərazisindən keçən hissədə bütün əsas infrastruktur işlərini yüksək sürətlə həyata keçirib. Dəhlizin Azərbaycan hissəsinin tikintisi faktiki olaraq yekunlaşmaq üzrədir. Bu, ölkəmizin zəmanətli strateji iradəsinin və planlı inkişaf modelinin göstəricisidir. Eyni zamanda, Azərbaycan tərəfi Zəngəzur dəhlizini yalnız iqtisadi layihə kimi deyil, bölgədə sabitliyin və qarşılıqlı etimadın təməli kimi görür. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri bu baxımdan təkcə xəbərdarlıq deyil, həm də sülhə, əməkdaşlığa və sağlam gələcəyə açıq dəvətdir”.

Deputat həmçinin, Prezident İlham Əliyevin Forum iştirakçıları ilə görüşündə qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırdığını da xatırladıb:

“Cənab Prezident çıxışında təəssüflə qeyd etdi ki, artıq bu hadisədən yeddi ay keçməsinə baxmayaraq, Rusiya rəsmilərindən heç bir cavab alınmayıb. Halbuki baş verənlərə dair bütün faktlar və sübutlar mövcuddur və bu məlumatlar Azərbaycan tərəfinə aydındır. Hadisənin səbəbləri, nəticələri və məsul şəxslərlə bağlı ciddi suallar qalır. Hesab edirəm ki, bu məsələ ilə bağlı Azərbaycanın tələbləri tamamilə məntiqlidir və beynəlxalq hüquq normalarına əsaslanır. Qəzaya görə məsuliyyətin qəbul edilməsi, hadisəyə səbəb olan şəxslərin cəzalandırılması, eləcə də zərərçəkənlərə və aviaşirkətə dəymiş ziyanın qarşılanması kimi tələblər ədalətin bərpası baxımından zəruridir.

Dövlətimizin başçısı qeyd edib ki, artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, bu məsələ ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün dosye hazırlayırıq. Bu, ölkəmizin hüququn aliliyinə və ədalətin təmininə verdiyi önəmin bariz nümunəsidir. Bu hadisə nə unudulacaq, nə də görməzliyə vurulacaq. Əksinə, məsələ ilə bağlı bütün hüquqi imkanlardan istifadə ediləcək və beynəlxalq müstəvidə haqqın, ədalətin bərpası üçün zəruri addımlar atılacaq. Çünki Azərbaycanın mövqeyi ədalətli, tələbləri isə haqlıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri