Icma.az
close
up
RU
İİV ə yoluxduğumuzu necə müəyyən edə bilərik? HƏKİM DANIŞDI

İİV ə yoluxduğumuzu necə müəyyən edə bilərik? HƏKİM DANIŞDI

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Lent.az Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mərkəzinin həkim laborantı Aygün Səfərovanın müsahibəsini təqdim edir:

- İnsanın immunçatışmazlığı virusunun müayinəsi üçün qan analizi necə verilməlidir?

- İnsanın immunçatışmazlığı virusu (İİV) retroviruslar ailəsinə aid olub, orqanizmə müxtəlif xəstəliklərlə mübarizə aparmağa kömək edən immun sisteminin hüceyrələrini məhv edən virusdur. Onun xarakterik xüsusiyyəti leykositlərin növlərindən biri olan - CD4 limfositləri məhv etməsidir. Bu hüceyrələr virus tərəfindən nə qədər çox məhv edilərsə, immun sistemi bir o qədər zəifləyir.

Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) bu prosesin sonuncu mərhələsidir. Yoluxma anından xəstəliyin ilk əlamətlərinin yaranmasına və xüsusilə QİÇS mərhələsinin inkişafına qədər uzun müddət, bəzən bir neçə il vaxt keçir. Əksər hallarda simptomsuz dövr 10 ili əhatə edə bilir.

İİV infeksiyasının erkən diaqnozu İİV-ə yoluxmuş şəxslərdə uğurlu müalicə və İİV ilə yaşayan insanların ömrünün artırılması üçün son dərəcə vacibdir.

İİV-ə müayinələr Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə olunan müasir metodlara əsaslanaraq aparılır. Müayinələr Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində, mərkəzin regional laboratoriyalarında, mobil və stasionar Könüllü Müayinə və Məsləhət məntəqələrində ödənişsiz, anonim qaydada konfidensiallıq prinsipi əsasında həyata keçirilir.

İİV-ə müayinələr zamanı müəyyən olunan standartlara düzgün riayət edilməlidir. Müayinə olunan şəxsdən qan nümunəsinin ac qarına götürülməsi tövsiyə olunur. Bir gün öncədən isə qida rasionundan yağlı, kəskin qidaların, spirtli içkilərin çıxarılması, müayinədən 1 saat öncə isə siqaret çəkməmək tövsiyə olunur. Nəzərə almaq lazımdır ki, stres və dərman preparatlarının qəbulu da nəticələrin təhrifinə səbəb ola bilər.

- Hansı hallarda İİV-ə müayinə nəticəsi müsbət hesab olunur?

– İnsanın İmmunçatışmazlığı Virusu RNT genomuna sahibdir. İİV-nin antigen və antitelinin standart təyini üsulu immunoferment (ELISA) analiz adlanır. Bu üsul çox etibarlıdır, həssaslığı 99,5 faizdən çoxdur. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mərkəzi laboratoriyasında İİV-ə skrininq müayinələr HIV–1/2 Ag/Ab Combo sistemlərindən istifadə olunaraq aparılır. Bu sistemlər müasir dövrdə virusun həm antigenini, həm də antitelini aşkar etməyə imkan verir.

Qanda İİV-ə qarşı antitelləri təyin edən üsullardan istifadə edərək İİV infeksiyası diaqnozu müəyyən edilir. İİV-ə qarşı antitellərin əmələ gəlməsi yoluxmadan sonra 2-3 həftədən 6 aya qədər baş verir. Test nəticələri müsbət, mənfi və ya qeyri-müəyyən ola bilər. Buna görə də İİV-ə ehtimal olunan yoluxmadan 6 ay sonra müayinəni təkrarlamaq tövsiyə olunur. Nəticə mənfi olarsa və son (son 6 ay ərzində) infeksiyaya şübhə yoxdursa, İİV infeksiyası diaqnozu təsdiqlənməmiş hesab edilə bilər. Əgər yoluxma şübhəsi varsa, təkrar müayinə aparılır.

Qan nümunəsi müsbət və ya şübhəli nəticə verdikdə, həmin nümunə təkrar yoxlanılır. Əgər təkrar müsbət nəticə əldə olunarsa, pasiyentdən 2-ci qan nümunəsi götürülür və müayinə edilir. İkinci götürülmüş qan nümunəsi də müsbət nəticə verərsə, digər spesifik təsdiqləyici test üsullarından (məs. immunoblot, PZR) istifadə olunaraq pasiyent İİV müsbət olaraq qeydiyyata alınır. Seroloji üsuldan başqa, virusun genomunu təyin etmək üçün istifadə edilən ən etibarlı üsul PZR (polimeraza zəncirvari reaksiya)-dir. İİV infeksiyasının erkən diaqnozu üçün şübhəli təmasdan 2-3 həftə sonra PZR istifadə edilə bilər.

- Nə zaman İİV-ə nəticələr yanlış müsbət ola bilər?

– Yanlış müsbət nəticə, immun çatışmazlığı virusuna yoluxmayan bir şəxsdə İİV testinin müsbət nəticə verməsidir. İİV infeksiyasının diaqnozunun qoyulması, səhvlərə yol verməyən çox ciddi bir alqoritmə tabedir.

Qeyd etmək lazımdır ki, analizin dəqiqliyi qan nümunəsini götürmədən öncə aparılan hazırlıqdan, götürülən qan nümunəsinin qeydiyyatının doğru aparılmasından, daşınmasından, istifadə olunan test-sistemlərinin saxlanma şəraitindən və alınan nəticələrin doğru analizindən asılıdır. Analizin yanlış müsbət nəticəsinə qan nümunəsi verərkən diqqət edilməyən qida rasionu ilə yanaşı, infeksion və autoimmun xəstəliklər, sifilis, Layma, Epstein-Barr, Qırmızı Qurdeşənəyi, revmatoid faktor, allergik reaksiyalar və s. təsir edir.

- İİV-ə müayinəni ekspres-test üsulu ilə aparmaq olarmı? Ekspres-test müsbət olarsa, pasient İİV-ə yoluxmuş hesab olunur?

- İİV-in diaqnostikası məqsədilə ÜST-nin son tövsiyələrinə əsasən, yeni testləşmə alqoritmində ekspres-testlərdən istifadə olunması məqsədəuyğun hesab edilir. Belə ki, ekspres-testlər həm əlçatandır, həm də 20-25 dəqiqə ərzində nəticə əldə etməyə imkan verir. Bu halda İİV-ə müayinə üçün istifadə olunan ekspres-testlərin 4-cü nəsil olması tövsiyə olunur. Bu testlər İİV-nin p24 antigenin həmçinin, İİV ½ antitelərini aşkar etməyə imkan verir.

Ekspres-test nəticəsi müsbət olarsa təşvişə düşüb yekun qərar vermək olmaz. Belə ki, nəticənin dəqiqliyi üçün digər təsdiqləyici üsullardan istifadə etmək tövsiyə olunur. Ekspres-testin də yanlış müsbət nəticə göstərmə ehtimalı rast gəlinəndir. Bu hal yanaşı gedən infeksion xəstəliklərdə, onkoloji xəstəliklərdə, sistem xəstəlikləri və s. hallarda müşahidə oluna bilir.

- İİV-ə yoluxmuş insanlarla işləyərkən tibb işçiləri özlərini necə qoruya bilərlər?

– Xüsusilə vurğulamaq istərdim ki, tibbi işçiləri həm özlərinin, həm də müayinəsini apardığı şəxslərin tibbi təhlükəsizliyinin təmin edilməsində məsuliyyət daşıyır. Bu məqsədlə, tibb işçilərinin universal təhlükəsizlik qaydalarına riayət etməsi mütləqdir. 

Əgər hər hansı səbəbdən İİV-ə yoluxmuş bioloji materialla kontakt baş verərsə, tibb personalı əlindəki əlcəyi işlənmiş səthi içəridə qalmaqla tərs çıxarıb xüsusi konteynerə atmalı, ağız boşluğu və gözdən başqa digər zədələnmiş səthləri sabunla yumaq, axar su altında saxlamaq, axar su olmadıqda isə əl yumaq üçün olan vasitə və dezinfeksiyaedicilərdən istifadə etmək lazımdır. Zədə nahiyəsini sıxmaq, sürtmək, qanı sormaq, yaranı yod, xlor, spirt tərtkibli məhlullarla işləmək olmaz. Əgər göz və ağız boşluğuna İİV-müsbət bioloji material düşərsə su və ya fizioloji məhlul ilə yumaq lazımdır. Gözə sabun və ya dezinfeksiyaedici məhlul vurmaq olmaz.

Müsbət bioloji material və ya alətlərdə kontaktdan sonra 72 saat ərzində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etmələri tövsiyə olunur, yoluxmanın qarşısını almaq üçün burada profilaktik tədbirlər aparılacaq.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Fevral 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri