İkardi Vanda Naranın reperlə öpüşdüyü videoya belə reaksiya verdi
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi keçmiş həyat yoldaşı və agenti Vanda Naranın reper L-Gante ilə öpüşdüyü zaman yayılan videoya reaksiya verib.
Publika.az xəbər verir ki, reperin klipində yer alan Nara barədə İkardi bildirib: “O, bütün dünya üçün gülüş obyektidir”.
Xatırladaq ki, Vanda bu yaxınlarda reper L-Qante ilə münasibəti ilə bağlı bütün şayiələri təsdiqləyib. Argentinalı model daha əvvəl yalnız dostluqdan danışaraq gənc oğlanla hər hansı əlaqəni inkar etmişdi.
Bu ilin iyulunda Vanda Nara İkardidən ayrıldığını açıqlayıb. Bu, ilk belə elan deyil. Əvvəllər cütlük bir neçə dəfə ayrıldıqlarını bəyan edib, sonra yenidən bir araya gəliblər.
Bu mövsüm futbolçu “Qalatasaray”ın heyətində 11 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib. O, Avropa Liqasının 4-cü turunun “Tottenhem”lə oyununda aldığı zədə səbəbindən mövsümü erkən başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 08 Noyabr 2024 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















