İkardi ilə Vanda Naranın qalmaqallı boşanma prosesi bitdi
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mauro İkardi ilə model Vanda Naranın boşanma prosesi başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, 2024-cü ilin noyabrında başlayan prosesin son iclası oktyabrın 8-də Milanda keçirilib.
"Qalatasaray"ın sabiq futbolçusu boşandıqdan sonra sosial şəbəkə hesabında məlumat yayıb. Toyuqlu pizza
İkardi bildirib ki, məhkəmə Vanda Naranın aylıq 250 min avro aliment tələbini rədd edib. Qərarda Naranın özünü təmin etmək üçün kifayət qədər gəlir və əmlaka sahib olduğu qeyd olunub. Təzminat xarakterli ödəniş tələbi də qəbul edilməyib.
Məhkəmə Naranın ailə həyatı və 2 azyaşlı qızına görə fəaliyyətindən geri qalmaq məcburiyyətində olduğu barədə iddiasını sübuta yetirilmiş hesab etməyib. Əksinə, V.Naranın tanınmasının İkardi ilə evliliyindən sonra artması və onun peşə fəaliyyətinin evlilik dövründə genişləndiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 09 Oktyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















