İkardi yenə “yox” cavabı aldı: “Latsio” da istəmədi
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
“Qalatasaray”la müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılan Mauro İkardi “Latsio”ya təklif edilib. Lakin argentinalı hücumçu üçün qapılar bir daha bağlanıb.
Moderator.az xəbər verir ki, İtaliyalı jurnalist Damiano Er Fainanın iddiasına görə, azad agent statusunda olan argentinalı futbolçunun agenti onu İtaliyanın “Latsio” klubuna təklif edib.
Lakin “Latsio”nun baş məşqçisi Cennaro Qattuzo İkardi ilə bağlı hələ qərarını verməyib və taktiki gözləntilərinə görə transferə hazırda isti yanaşmır.
Qattuzo yalnız cərimə meydançasında effektiv olan bitirici deyil, həm də geridən oyun qurulmasına kömək edə bilən, pressinqdə yüksək fəallıq göstərən və komplekt hücumçu axtarır. İkardinin karyerasını yüksək qiymətləndirsə də, onun oyun sisteminə tam uyğun gəlməyəcəyini düşündüyü üçün tərəddüd edir.
Mauro İkardinin yüksək maaş tələbi də transferin qarşısını alan əsas amillərdən biridir. “Latsio” ilə razılıq əldə olunmasa, argentinalı hücumçu karyerasında daha bir məyusluq yaşayacaq.
Baxış sayı:93
Bu xəbər 13 Sentyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















