İkardidən şok paylaşım
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Qalatasaray" ilə müqaviləsi başa çatdıqdan sonra "sarı-qırmızılar"la yollarını ayıran Mauro İkardi hələ yeni bir klubla razılığa gəlməyib.
Fanat.Az xəbər verir ki, karyerasının növbəti mərhələsi maraq doğuran argentinalı ulduz sosial media hesabında diqqətçəkən bir paylaşım edib.
Fərdi məşqlərindən görüntülər paylaşan 33 yaşlı hücumçu gələcəyi ilə bağlı heç bir narahatlığının olmadığını bildirib.
Mauro İkardinin paylaşımında aşağıdakı fikirlər yer alıb:
"İnsanlar işsizliyi uğursuzluqla səhv salırlar. Mən isə bunu həyatımı qaydasına salmaq adlandırıram. Onlar müqaviləsiz olmağı seçim imkanının olmaması ilə qarışdırırlar, mən isə bunu seçim azadlığı adlandırıram. Öz vaxtıma sahib olmaq və gələcəyimi təmin etmək üçün çalışmışam. İşləməyi dayandırsam belə, həyatım eyni şəkildə davam edərdi. İnsanların mənim üçün niyə narahat olduqlarını anlamıram. Sülh, harmoniya və sevgi içində yaşayın. Mənim artıq hər şeyim var".
"Qalatasaray"ın heyətində dörd mövsüm keçirən Mauro İkardi Türkiyə nəhəngi ilə çıxdığı 134 oyunda 77 qol vurub və 25 məhsuldar ötürmə edib.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 01 Oktyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















