İkardini məhkəməyə verdilər 8 milyon borcu var
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Argentinalı futbolçu Mauro İkardi kirayədə yaşadığı lüks villa ilə bağlı yaranan mübahisəyə görə məhkəməlik olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur hücumçu Göytürkdə yerləşən villanı illik müqavilənin başa çatmasına dörd ay qalmış tərk edib. Ev sahibi isə müqavilə şərtlərinə əsasən qalan dörd aylıq kirayə haqqının da ödənilməsini tələb edib.
İddialara görə, söhbət 168 min dollar (8 milyon türk lirəsi) məbləğində borcdan gedir.
Ev sahibi ödənişin həyata keçirilməməsi səbəbindən İkardi barəsində icra prosesi başladıb.
Futbolçunun icra qərarına etiraz etməsindən sonra ev sahibi bu dəfə etirazın ləğvi ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmənin iddianı icraata qəbul etdiyi və işə yaxın günlərdə baxılacağı bildirilir.
Qeyd edək ki, villanın illik kirayə haqqı 504 min dollar təşkil edib. İkardinin müqavilə müddəti başa çatmadan evi boşaltması tərəflər arasında hüquqi
mübahisəyə səbəb olub.
Aysel
Baxış sayı:132
Bu xəbər 19 İyun 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















